Zahid Oruc Avropa Məhkəməsini qınadı və geniş əfvin anonsunu verdi - "Ölkədə əmlak və mülkiyyət toxunulmazlığı ilə bağlı problemlər var"

img

25-01-2023 [14:56]


"Ölkədə vətəndaşların əmlak və mülkiyyət toxunulmazlığı ilə bağlı müəyyən problemlər var".

Mia.az xəbər verir ki, bu sözləri  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra hallarda Azərbaycanla bağlı kommunikasiyanın başlanması ilə bağlı siyasi qərarlar verdiyini deyən deputatın sözlərinə görə, bəzən məhkəmələr hüquqi müstəvidən kənar addımlar atırlar: “Təxminən 2014-2015-ci illərdə bir mənzili 3-4 şəxsə satan tikinti şirkətləri ilə bağlı qanunvericilik qəbul edilib. Uzun müddət keçməsinə baxmayaraq heç bunu yada salan da yoxdur. Baxmayaraq ki, aidiyyəti qurumlar bu sahədə qanunu pozan tikinti şirkətləri barədə müvafiq addımlar atıb. Amma vətəndaşın buna heç bir xeyri yoxdur. Onlar illərlə verdikləri vəsaitin nə vaxt geri qaytarılacağını gözləyirlər”.

Deputat çıxışında onu da qeyd edib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq: "360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.

Zahid Oruc daha sonra istintaq təcridxanasındakə vəziyyətə toxunub.

Deyib ki, vətəndaş istintaqa çəlb olunubsa, onun təqsirləndirilən şəxs kimi istintaq təcridxanasında saxlanmasının müddəti var: “Cinayət qanunvericiliyində bu müddət 13 aydır. Əgər şəxs ağır cinayət hadisəsi törədibsə bu halda həmin məhkəmə qurumu 6 ay möhlət istəyə bilər. Sovet dövründə cəmi 6 aya şəxslə bağlı ya hökm çıxarılmalı idi, ya da azadlığa çıxmalı idi. İndi isə 19 aydan çox istintaq təcridxanasında saxlanılan şəxslər var. Bu necə ola bilər?! Bu, vətəndaşın azadlıq hüququn pozulması deməkdir. Belə nümunələr çoxdur. Vətəndaş bilmir ki, real olaraq günahkardır yoxsa yox. Birdən sabah sübut olunur ki, vətəndaşın həmin məsələdə hər hansı günahı yoxdur. Bütün bunları nəzərə alaraq cinayət qanunvericiliyinin icra vəziyyətinə dair dinləmələrin keçirilməsi komitəmizin yaz sessiyası üçün iş planına məsələ daxil edilib”.

Lamiyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR