"Məni hotelə çağırıb zorladı, həmin an gözü dönmüşdü, qorxurdum..." - Prezidentin evlənmək istədiyi məşhur aktrisa illər sonra nələri etİraf etdi? (VİDEO)

img

23-01-2023 [22:51]


Bir zamanlar ABŞ-ın keçmiş prezidenti Donald Trampla sevgili olmaqda adı hallanan məşhur amerikalı model və aktrisa Bruke Şilds 20 il əvvəl zorlandığını etiraf edib.

Mia.az xarici mediaya istinadla xəbər verir ki, aktrisa 20 il sonra bu etirafı nədən etdiyinin səbəbini izah edə bilməyib: "Amma bunu deməliyəm, onun adını isə çəkməyəcəm. İlk dəfə bunu dilə gətirirəm. Bəli, məni zorlayıblar. Və bunu edən də yaxından tanıdığım kişi idi".

Aktrisanın sözlərinə görə, həmin vaxt yaxın dostu onu yeni filmin çəkilişi ilə bağlı hotelə dəvət edib: "O, hoteldə olduğunu deyərək, məni ora çağırdı. Orada otaqda köhnə dostlar kimi film haqqında söhbət edirdik. Bir müddətdən sonra, o, tualet adıyla qalxdı və bir az sonra oradan çılpaq çıxaraq gözləmədiyim halda mənə hücum etdi. İnanılmaz və dəhşətli idi. Heç vaxt onu belə gözüdönmüş görməmışdim. Az qala boğub öldürürdü məni. Qorxurdum, buna görə müqavimət göstərə bilmədim. Dondum, qaldım. O an ancaq ölməməyi, həyatda qalaraq ondan qurtulmağı düşünürdüm".

Aktrisa deyib ki, o vaxtdan həmin dostu ilə münasibətlərini kəsib.

Xatırladaq ki, aktrisanın bir ara ABŞ-ın sabiq prezidenti Donald Trampla evlilik söhbəti də yayılmışdı. O zaman iddia olunurdu ki, Tramp prezident olmamışdan əvvəl ona evlilik təklifi edib, lakin nəzakətli şəkildə "yox" cavabı alıb.

Bu barədə videonu təqdim edirik:

Ləman,

Mia.az

mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR