Bakıda xüsusi əməliyyat: iranlı universitet tələbələri belə saxlanıldı - VİDEO
19-01-2023 [17:35]
Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşlarının təşkil etdiyi 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan Tibb Universitetinin tələbələri olan qeyd edilən ölkənin vətəndaşları Ata Maleki, qardaşı Pouya, həmçinin qohumu Ali Maleki və Shishen Maleki saxlanılıblar.
Onların üzərindən və birgə yaşadıqları evdən 1 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitələr, narkotiklərin satışından əldə etdikləri külli miqdarda pul vəsaiti və elektron tərəzilər aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq İran vətəndaşları ilə birlikdə narkotiklərin satışında əlbir olan Heybət Həsənov da tutularaq istintaqa təqdim edilib. Bu şəxsdən isə 2 kiloqramdan artıq marixuana və 4 ədəd çətənə kolu aşkar olunub.
İlkin sorğu zamanı dəstə üzvləri “Araz” və “Hüseyn” adlı şəxsiyyəti istintaqla araşdırılan həmvətənlərinin göstərişi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrində narkotik vasitələrin onlayn satışını, həmçinin qanunsuz dövriyyəsini təşkil etdikləri bildiriblər. Bu məqsədlə dəstə üzvləri narkoşəbəkə yaradaraq müxtəlif yalan və şirnikləndirici vədlər müqabilində əsasən gəncləri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ata, Pouya, Ali və Shishen Malekilər, eləcə də Heybət Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR