ABŞ-ın ATƏT-dəki səfiri: "Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün.."

img

17-01-2023 [18:59]


Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməyə təşviq edir.

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

Karpenter qeyd edib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə yoldur.

"Biz Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan və Ermənistanla ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə davam edəcəyik", - ABŞ səfiri vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA