Hikmət Hacıyev İsrail XİN-in vəzifəli şəxsləri ilə bir arada: "Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və..." - FOTOLAR

img

17-01-2023 [13:40]


Prezidentin köməkçisi Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviterdə məlumat və fotolar paylaşıb: “Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik. Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək".

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq