Aparıcı aktrisanın dərman içərək biləklərini kəsdiyini iddia etdi: "Yəqin çıxıb deyəcək ki..." - Aktrisa intihar xəbərinə belə reaksiya verdi (FOTO)

img

17-01-2023 [09:07]


Türkiyənin Bəyaz TV kanalında yayımlanan "Söylemezsem Olmaz" verilişinin aparıcısı Bircan Bali canlı yayımda gənc aktirisa Hafsanur Sancaktutanın intihara cəhd etdiyini iddia edib.

Mia.az xəbər verir ki, o, aktirasının sevgilisi ilə dalaşaraq ayrılmasından sonra biləklərini doğradığını deyib: "Hafsanur keçmiş sevgilisi ilə münasibətini bitirir. Daha sonra evində dərman içərək, biləklərini kəsir və Deniz Canı arayaraq "Yaxşı deyiləm, özümə zərər verəcəm" deyir və fotosunu göndərir.

Deniz Can da dərhal təcili yardıma zəng edir, Hafsanur xəstəxanaya qaldırılır, mədəsi yuyulur, biləklərinə müdaxilə olunur. Hafsanur bu olayın gizli qalmasını istədiyi üçün adının sənədləşdirilməsinə etiraz edir və gecəylə xəstəxanadan çıxmaq istəyir.  

İndi yəqin mənim bu xəbərimdən sonra bir açıqlama verərək, "İntihara təşəbbüs etmədim, zəhərləndim" deyəcək. Ancaq mən xəbərimizin arxasındayam, ehtiyac yaranarsa, xəstəxanadakı söhbətləri də ortaya çıxarmağa hazıram".

Canlı yayımda barəsində belə iddianın yayılmasına 22 yaşlı aktrisa operativ reaksiya verib.

O, sosial şəbəkə hesabında biləklərinin açıq fotosunu paylaşaraq, biləyini kəsərək əsla intihar etmədiyini bəyan edib: "Sadəcə, zəhərlənmişdim...".

Aktrisanın paylaşımı ilə buradan tanış ola bilərsiniz:

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR