Məşhur aktyor özünə qapanıb: " Heç kimi evə buraxmır" - Tənha öləcəyindən qorxurlar (FOTO)

img

16-01-2023 [20:48]


70 filmdə rol alan,12 Oskar mükafatının sahibi olan amerikalı məşhur aktyor Jak Nikolson 2021-ci ildən evə qapanıb, bir dəfə  olsun bayıra çıxmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məşhur aktyor ən son 2021-ci ilin oktyabr ayında özü kimi aktyor olan oğlu ilə birgə "Los Anceles Lakers" komandasının oynadığı basketbol maçtına gedib.

Həmin gündən qala kimi qorunan evinə qapanan aktyor bir daha görünməyib.

Qonşuları və dostlarının dediyinə görə, 2021-dən bu yana Jak Nikolson nə dostları ilə görüşür, nə də kimsəni qəbul edir: "O, evə qapanıb, yalnız hərdən bir evə gələn və kənarda yaşayan uşaqları gələndə, onları içəri buraxır. Dostları və onu sevənlər isə bu vəzyyətdən çox narahatdırlar. Qorxurlar ki, tənha yaşayan 85 yaşlı aktyor vəfat edər və bundan aylarla kimsənin xəbəri olmaz".

Lamiyə,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR