"3 il "Komedixana"nın pulu ilə dolandım, ancaq..." - Aktrisa proqramdan ayrıldı

img

11-01-2023 [23:49]


"Komedixana" proqramından aktyorlardan biri ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə Aktrisa Firuzə Balayeva ın  özü “Səhərin səsi” verilişində açıqlama verib.

O bildirib ki, dekabrın 30-da komandadan ayrılıb: "...Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az “şiti çıxarılan” yer mənlik deyil. Düşündüm ki, öz qabımda deyiləm, bir il sonra bu həqiqəti anladım. Həmişə sənətdən başı çıxmayan adamlarla mənim problemim olur. Yenidən qayıtmaq fikrim yoxdur. Adam getdiyi yerə necə qayıtsın?".

Aktrisanın sözlərinə görə, 3 il "Komedixana"nın pulu ilə dolanıb, az-çox da tanınıb: "Onları lap ayaq altına ata bilmərəm ki, elədir, ya belədir. Elə deyil. Sadəcə qərar verib çıxmaq istədim. Ayrılmaq istəyirəm deyəndə, bəziləri dedi, getmə. Şəxsən Ənvər Abbasov demədi, getmə. Əksinə yazdı ki, özüm sənə demək istərdim ki, bizimki sənlə alınmır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA