Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib - Açıqlama

img

11-01-2023 [18:16]


İctimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz aksiyasında həbs olunan Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi açıqlama verib.

O bildirib ki, aclıq edən və buna görə səhhəti kəskin pisləşən atası bu gün Binəqədidə yerləşən Məlikov adına 6 saylı Xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, bu gün Tofiq Yaqublnun vəkili Nemət Kərimli həkim Adil Qeybulla ilə birgə onu təcridxanada ziyarət etmişdi.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həkim Adil Qeybullanın məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.

Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA