3 nəfər işığı kəsib, daha sonra... - Tanınmış həkimi çoxsaylı zərbələrlə öldürənlər tutuldu (VİDEO/Yenilənib)
13-01-2023 [19:38]
Yevlaxda mşhur həkimi öldürməkdə şübhəli bilinən tutulub.
Mia.az xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir:
"İstintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir".
***
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.
Məlumata görə, həmin şəxslər həkimin qonşularından birinin evinin videomüşahidə kamerasına düşüblər.
Görüntülərə 3 nəfər düşüb. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq var. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşırlar.
Məlumata görə, hadisəni 3 nəfər törədib, onlardan 2-si həbs olunub, 1-i isə qaçaraq gizlənib.
Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar. Şübhəlilərin axtarışları zamanı ilk tapılan dəlil də qana boyanmış geyimlər olub.
Məlumata görə, şübhəlilərdən biri həkimin qonşusudur.
Hazırda B.Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən üçüncü şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir/Report.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Yevlaxda tanınmış həkimi öldürənlər saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində rayon xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.
Mia.az “Qafqazinfo”ya istinadla bildirir ki, ilkin araşdırmalar zamanı qətlin tamah məqsədilə törədilməsinə əsaslı şübhələr müəyyənləşib. Belə ki, Bəyaz Cabbarovun evinə gələn şəxslər qonşu mənzilin müşahidə kamerasına düşüblər.
Kamera görüntülərindən 3 nəfər şəxsin xəstə adı ilə 65 yaşlı B.Cabbarovun evinə gəldiyi, qapının açılmasından sonra onlardan birinin çöldə qalaraq elektrik sayğacından evin işiğını kəsdiyi məlum olub.
Xəstə adı ilə evə daxil olan şəxslərin isə həmin vaxt B.Cabbarova hücum edərək ona 20-yə yaxın bıçaq xəsarəti yetirdiyi və mənzildə axtarış apardığı bildirilib.
Hadisə zamanı mərhum həkimin gəlini və nəvələri də evdə olub, onların köməkliyi ilə B.Cabbarov xəstəxanaya aparılsa da, vəfat edib.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, 65 yaşlı B.Cabbarov 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.
***
Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri öldürülüb.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki,, xəstəxananın Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb:
"Hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.
Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib".
Mia.az
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR