Bəxtiyar Hacıyev ailə üzvləri ilə görüşüb

img

10-01-2023 [16:29]


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ailə üzvləri ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

Vəkilin söğzlərinə görə, Bəxtiyar Hacıyevin yaxın qohumları ilə görüş və telefon danışığına məhkəmə tərəfindən qərar verilib.

Qeyd edək ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyevin həbsindən bir ay ötür. O, həbsdə bu müddətdə 2 həftə aclıq edib. Vəkilləri tərəfindən bir neçə dəfə ev dustaqlığına buraxılması üçün vəsatətlər verilsə də, məhkəmələr vəsatətləri təmin etməyib. B.Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA