Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-01-2023 [00:07]
Qoç - başladığınız işin təfərrüatlarına və detallarına ciddi fikir versəniz, uğur əldə edə bilərsiniz. Layihələrinizin keyfiyyətli, hətta mükəmməl olmasına çalışın. Təmkinli davransanız, işgüzar münasibətlərinizdə irəliləyişlər yaşanacaq.
Günün ikinci yarısında başqalarının dediklərinə, tənələrə və iradlara fikir verməyin. Tənqid əhvalınızı korlamamalıdır. Subaysınızsa, yeni tanışlarla təmaslar zamanı diqqətli olun. Pərişanlığa qapıla bilərsiniz.
Buğa - qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin, hədəfləri konkretləşdirin. Peşəkar fəaliyyət sahəsində uğurlara nail olmaq və rəqibləri üstələmək üçün qətiyyətli olun. Yaxşı nəticələrə nail olmaq üçün səylə, zəhmətlə işləmək lazımdır. Səbrli, zəhmətkeş olun. Tənbəllik etməyin.
Günün ikinci yarısında özlərini sizə rəqib sayan adamlarla ehtiyatlı davranın.
Hissləriniz prosesə mane olmamalıdır. Yaxın ətrafınızdakı insanların emosiyalarını nəzərə alın. Həmkarlar, sadəcə, tanışlar və yaxınlarınızla təmaslara fərq qoymağı bacarın.
Əkizlər - bundan sonrakı işinizdə istifadə edə biləcəyiniz məlumatları əldə etməyə çalışın. Kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli zamandır. Sərfəli anlaşmalara nail ola bilərsiniz. Bir şərtlə ki, belə anlaşmadan əvvəl təfərrüatlı və ciddi danışıqlar olub.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin birgə əməkdaşlığa yüksəlməsinə çalışın. Zövq, adət və ya gələcək planlarla bağlı müzakirələr dartışmalara çevrilməməlidir.
Axşam saatlarında dincəlməyə çalışın.
Xərçəng - yarımçıq qalmış işləri başa vurun. Proses darıxdırıcı və cansıxıcı təsir bağışlasa da, dayanmayın, ruhdan düşməyin. Enerjiniz azdır. Tənbəlliyə və süstlüyə qapılmayın. Layihə və sifarişləri vaxtında reallaşdırmağa çalışın.
Günün ikinci yarısına işdə rəhbərliyin tənqid, qınaq hədəfinə çevrilməyin. Səfər uğurlu olacaq. Amma heç bir halda yolda nə isə almayın.
Axşam saatlarına yaxın əks cins mənsubunun qəlbini qırmayın.
Sevdiyiniz insanla səmimi, qayğıkeş davranın.
Şir - günün ilk yarısında maliyyə məsələlərinin çözülməsi prosesində ehtiyatlı davranın. Alış-verişdə çox pul xərcləməyin. Hər hansı əşyanın gərəkli olub-olmaması ilə bağlı şübhələr varsa, o əşyanı almayın.
İş yerinin dəyişdirilməsi və ya başqa yerə köçməklə bağlı qəti qərar verməyə tələsməyin.
Günün ikinci yarısında maraqlı fikirlərə malik insanlarla xoş saatlar keçirə bilərsiniz. Dostlarla görüş, romantik təmaslar üçün yaxşı zamandır.
Yeni tanışlıqlar istisna deyil. İlkin təəssürata aldanmayın - ilk dəfə gördüyünüz insanla bağlı qənaətlərinizdə yanıla bilərsiniz.
Qız - ani hisslərin əsirinə çevrilməsəniz, problemlərin sayı azalacaq. Situasiya paradoksal hal alsa da, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanların tələblərini qulaqardına vurmayın. Özünüzə nəzarəti itirməyin.
Günün ikinci yarısı təlatümlü saatlar vəd edir. Enerjinizi konstruktiv məcraya yönəldin, rəqibləri üstələməyə can atın.
Yaxınlarınızın istəklərini anlayın. Onların hərəkətlərinin motivlərini və səbəblərini araşdırın. Soyuqqanlı olun. Əks təqdirdə dəyər verdiyiniz insanla mübahisələr istisna deyil.
Tərəzi - yaxın ətrafınızdakı insanların davranışlarına emosional reaksiya verməyin. Yaranan situasiyaların məğzini anlamağa çalışın. Yeni problemlər yaranmasa, onlar formalaşmayacaq.
Özünüzü pis hiss edirsinizsə, psixoloji durumunuza diqqət yetirin.
Günün ikinci yarısında hisslərin burulğanında çaşıb qalmayın. Səhhətinizə fikir verin. Yaxınlarınızın və ailə üzvlərinizin xərclərinə diqqət yetirin. Büdcəyə diqqət yetirin, qənaət yollarını tapın. Sağlam məntiqlə hərəkət edin. Dəyər verdiyiniz insanların ehtiyaclarını unutmayın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Əqrəb - qətiyyətli davranın, mühüm işlərin çözülməsini və problemlərin həllini ertələməyin. Hadisələrə təsir imkanlarına malik insanlarla münasibətləri intensivləşdirin.
Həmin insanlardan dəstək ala bilərsiniz.
Günün ikinci yarısında əldə edəcəyiniz məlumatlar önəmli işin görülməsinə rəvac verəcək.
Sevdiyiniz insanla münasibətlərinizdəki problemləri müzakirə edin. Ailədəki mühiti normallaşdırın, harmoniyaya nail olmağa çalışın. Problemlərin obyektiv səbəblərini tapana qədər sakitləşməyin.
Ailə üzvləri ilə təmaslarda güzəştlərə meylli olun.
Oxatan - günün ilk yarısından etibarən yarana biləcək kiçik problemləri süni şəkildə böyütməyin. Nikbin olun ki, sizi təbdən çıxara bilməsinlər. Çoxdan bəri başladığınız işi tamamlayın, yeni layihələrə start verin.
Günün ikinci yarısı alış-veriş üçün münasib deyil. Hətta arzuladığınız nəsnənin satın alınması sizdə razılıq, məmnunluq hissi yaratmayacaq.
Yaxınlarınızın hərəkətlərində adi günlərdə fikir vermədiyiniz məqamlar indi münaqişəyə səbəb olmamalıdır. Qarşılıqlı iradlara yol verməmək üçün güzəştlərə hazır insan təsiri bağışlayın. Sərt və qaba davranmayın.
Oğlaq - əsas işləri günün ilk yarısında başa vurmağa çalışın. Diqqətinizi yalnız ən önəmli məqamlara yönəldin. Bir ünsürü önə çəkərək digər məsələləri arxa plana salmayın. Çoxlarının sizə ehiiyacı var və bu səbəbdən də gün ərzində sizi işdən tez-tez ayıracaqlar.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar bu gün daha kövrək, daha tələbkardır. Bəzi iradları eşidəndə aqressivləşməyin. Məişət qayğılarını və ailədəki problemləri vaxtında həll edin.
Emosiyalarınızı cilovlayın, münaqişədən yayının.
Dolça - maliyyə məsələləri və yaxın gələcəklə bağlı tələsik qərar verməyin. Situasiyada dəyişikliklər olacaq. Uzun müddətdən bəri, zəhmətlə hazırladığınız planlara yeniliklər edin. Önəmli tədbiri, görüşü və ya danışıqları ertələməyiniz məsləhətdir.
Günün ikinci yarısında hadisələrin axarı istədiyiniz kimi olmayacaq. Təsəvvürləriniz dəyişə bilər. Yaşananların laqeyd, apatik müşahidəçisi olmayın. Bəzi problemlər göründükləri qədər ağır və təhlükəli deyil.
Balıqlar - günün ilk yarısında alacağınız xəbərlər planlarınızı dəyişəcək. Reallığı nəzərə alın. Diqqətinizi önəmli məqamlara yönəldin. Eyni vaxtda bir neçə işi görmək çətindir. Əks təqdirdə başladığınız işlərdə uğursuzluğa düçar olacaqsınız.
Günün ikinci yarısı alış-veriş üçün münasib deyil. Axşam saatlarına yaxın səhhətinizin qeydinə qalın. Mənasız risklər etməyin. Yaxınlarınızla münasibətlərə dəyər verin, sizi sevən insanlarla acı danışmayın.
Ailədə harmoniyanı qoruyun.
Milli.Az
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO