Ölümün sübutuna pul tələb olunan ölkə və ya "ölü kağızı"na uzanan məşəqqəti yol...
06-01-2023 [14:47]
Samir ƏLİYEV,
İqtisadçı, ekspert
***
Atamın ölüm kağızını almaq üçün "Xırdalan poliklinikası" adlandırdığımız Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim.
Qeydiyyat şöbəsindən ailə həkimi terapevt Sevinc Qaragözova yönləndirdilər. Terapevt isə dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Təbii ona insan öldükdən sonra onun xəstəliyini nə olmasının əhəmiyyətsiz olduğunu izah etməyə çalışdım. Və əlavə etdim ki, atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda - Kardiologiya, "Respublikanskiy" xəstəxanalarında müalicə olunub və orda qeydiyyatda olub. Hətta əlavə etdim ki, koronaya yoluxanda sizdə qeydiyyatda olub və sizdən pulsuz dərman da götürmüşük. Bütün dediklərimin faydası olmadı. Dedi ki məhkəməyə (?!) müraciət etməlisiniz.
Məhkəmə yaxınlıqda olduğundan təcili ora baş çəkdim. Görüşdüyüm vəkil dedi ki, polikinikadan imtina kağızı almalıyam, sonra onun əsasında "pasportstol"dan imtina kağızı almalıyam. Bütün bu işlər üçün 200 manata yaxın xərc çıxacaq.
İmtina kağızı üçün təkrarən terapevt xanıma müraciət edəndə bildirdi ki, Xırdalan xəstəxanasına müraciət edib ordan almalıyam imtina kağızını.
Evə gəlib TƏBİB-ə zəng vurdum. Onlar da terapevtin dediklərini təkrarlayaraq bunun yolunun məhkəmə olduğunu bildirdilər. Sözgəlişi məsələni araşdıracaqlarını bildirdilər. İndidən cavablarının nə olacağını bilmək çətin deyil.
Məhkəmədə olanda yaşlı bir qadın da eyni problemlə bağlı gəlmişdi. Onu da get gələ salmışdılar.
İndi mən bu dövlətə atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, təcili tibbi yardım maşını da faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsavə həmin qeydiyyatda onun müalicəsi ilə bağlı məlumatlar varsa, niyə məhkəməyə üz tutmalıyam? Niyə insanlar dövlət xəstəxanalarında olan savadsız həkimlərə sağlamlıqlarını etibar etməlidir?
Xırdalan poliklinikasına getmişəm, nə işıq, nə təmizlik var. Əminəm ki peşəkar həkim də yoxdur. Bu obyekti bağlamaq, həkimlərini isə səhiyyə sistemindən uzaqlaşdırmaq lazımdır. Ailə həkimi olan xanım nə vaxt ərazisindəki insanlarla maraqlandı ki, indi də deyir ki, mənim pasiyentim deyil.
Nəhayət sonuncu sual: Mən niyə atamın ölməyini sübut etməliyəm? Bu daha çox dövlətə lazımdır. Əgər mən ölməyini təsdiq edə bilmirəmsə, deməli, o, hələ sağdır və hər ay pensiya almaq hüququ qalır. Çox əcaib səhiyyə sistemimiz var. İnsanların mütləq xəstələnməsinə məcbur edir.
Mia.az
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb