"Soyulmuş yumurta kimi ağappaq qadın..." - Aparıcı ərsiz olan əməkdar artistə elə sual verdi ki... (VİDEO)

img

05-01-2023 [19:30]


"22 il ərsiz yaşamaq, su sonası, soyulmuş yumurta kimi ağappaq qadın... Həqiqətən belədir? Heç təklif olub ki, evlənək? Hər qadının yanında bir kişi olmalıdır". 

Bu sözləri aparıcı Elgiz Əkbər Əməkdar artist Gövhər Rzayevaya deyib. Qarmon ifaçısı bu günə kimi çox evlilik təklifi aldığını, amma qəbul etmədiyini söyləyib:

"Həm oğlum, həm ərim, həm də qızım qarmondur. O qədər evlilik təklifi almışıam ki... Mənim xərcim çoxdur, heç bir kişi istəməz". 

Elgiz isə ona "Kişilər sizdən ona görə qaçıblar. Hansı kişi istəməz üstü qızıllarla dolu, brilyant içində qadını" sualına musiqiçi "İstəmirəm, özüm özümü saxlayıram. Artıq problemdir. Evimdə yeyənlərim çoxdur, artığını istəmirəm" cavabını verib. 

Mərhum ərindən danışan Gövhər Rzayeva "28 il onunla yaşamışam, balalarımın atasıdır. Ağzının dadını dəyişmək istədi və getdi. İndi dünyasını dəyişib. Sonra çox qayıtmaq istədi, amma lazım deyildi" sözlərini əlavə edib. 

Axşam.az


Digər xəbərlər
SON XƏBƏRLƏR