TƏBİB-də yeni departament yaradılıb - Zamirə Ədilovaya vəzifə verildi
05-01-2023 [16:10]
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yeni strukturuna əsasən, ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq, ictimai nüfuzun yüksəldilməsi məqsədilə yeni departament yaradılıb.
TƏBİB-dən MİA.AZ-a bildirilib ki, yeni yaradılan İctimaiyyətlə əlaqələr və marketinq departamentinin tərkibində İctimaiyyətlə əlaqələr və Marketinq şöbələri fəaliyyət göstərəcək:
"Departamentin fəaliyyəti TƏBİB-in kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr sahəsində işini təşkil etmək, qurumun marketinq strategiyasını müəyyən etmək, tədbirlərin təşkilini həyata keçirmək, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr, marketinq və tədbirlərin təşkili sahəsini koordinasiya etməkdən ibarətdir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri vəzifəsinə Zamirə Ədilova təyin olunub".
Xatırladaq ki, o, bu təyinatadək TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri olub.
Z.Ədilova uzun müddət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İctimaiyyətlə əlaqələr üzrə menecer, SOCAR-ın Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Səmərəli fəaliyyətinə görə dəfələrlə "Fəxri fərman” və "Təşəkkürnamə” ilə təltif olunub. Bir çox jurnalist müsabiqəsinin qalibi, ictimaiyyətlə əlaqələr, risk kommunikasiyası, idarəetmə üzrə təlimlərin iştirakçısı, 100-dən çox publisistik, 1 elmi məqalənin müəllifidir.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanına uyğun olaraq TƏBİB-in strukturu təkmilləşdirilir.
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək