Bənəniyar faciəsi, yaxud "Lent.az"dakı işimi necə itirdim?
05-01-2023 [15:57]
Yunis HÜSEYN
***
Culfa şəhəri rayonun inzibati mərkəzi olsa da, Bənəniyar kəndi coğrafi mövqeyinə görə Əlincəçay vadisindəki 10-dan çox kəndin sakinləri üçün “paytaxt” timsalında idi. Bənəniyarı Culfadan daha qələbəlik görərdik.
Rayonun ucqar kəndlərindən iri və xırda buynuzlu heyvandan tutmuş, yağına, pendirinə, meyvə-tərəvəzinə kimi hər cür məhsulu Bənəniyarda satmaq mümkün idi. Bu kənddə hətta qonaq evi də vardı.
Sakinləri qeybətdən uzaq, zarafatcıl, şivələri şirin, danışıqları duzlu-məzəliydi bənəniyarlıların. Biri-birinin nöqsanını üzə deyər, kin-küdurət saxlamazdılar. Bənəniyara yaxından-uzaqdan gələnlər özlərini qərib saymaz, rahat, səmimi ortamda hiss edərdilər...
...Və günlərin birində bu kənddə sanki durnanın daşı çevrildi. Kiməsə “durnanın daşının çevrilməsi” deyimi qəribə gələ bilər. İnanca görə, səmada durna qatarı olan zaman daşı çevirəndə quşların nizamı-səfi pozular. Durnalar qatarını, nizamını düzəltmək üçün çox əziyyət çəkər...
2009-cu il. Dekabrın son günləri. Bənəniyarlıların bu gün belə düzələ bilməyən pərgarı pozuldu. İdarəetmə fəlsəfəsində “kim bizimlə deyilsə, düşməndir” prinsipinə əsaslanan muxtar respublikanın “rəhbəri” tərəfindən polis əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlı bölüyünün Bənəniyara hücumu təşkil edildi. O zaman bu hücumun miqyasını və şəxsi heyətin “döyüş əzmi”ni görənlərdən bir nəfər etiraf etmişdi ki, belə bir güclü hərbi birləşmə və texnika ilə Sədərəyin beş addımlığında, anklav olan əzəli yurd yerimiz Kərki kəndini mənfur ermənilərdən təmizləmək mümkündür.
Təəssüf ki, Kərkini düşməndən azad etmək yox, Bənəniyarı bənəniyarlılardan təmizləmək üçün bu hərəkat başladılmışdı. Səbəb isə Kərbəla hadisələri, konkret olaraq imam Hüseynin şəhadəti üzərindən mənəvi işğal siyasəti yürüdən (V)iran-fars rejiminə işləyənləri (?!) cəzalandırmaq idi. Əgər bu cür fəaliyyəti müvafiq qurumlar tərəfindən təsbit edilən şəxslər, yaxud qruplar vardısa, onları ayrı-ayrılıqda həbs etmək, cəzalandırmaq çoxmu çətin idi?! Hərəkat muxtar respublikanın bu qələbəlik yaşayış məntəqəsini də sürətlə boşaltmaq, azad düşüncəli bənəniyarlıları mənəvi-psixoloji baxımdan sındırmaq məqsədi daşıyırdı. Qadın, qoca, ziyalı bilmədən hər kəsə divan tutulan o məşum günlərin “baş qəhrəman”larından biri də muxtar respublikanın keçmiş daxili işlər naziri, insanlıq hissindən məhrum, nahaq qan kralı Əhməd Əhmədov idi. O, Bənəniyarda bir nəfərə belə mərhəmət etməmək barədə qəti göstəriş vermişdi.
Xüsusi təyinatlı bölük Bənəniyarda evlərə daxil olarkən zabitlərdən biri öz qohumunun ailəsini çətinliklə qoruya bilmişdi. Tabeliyindəki döyüşçülərdən əvvəl qohumunun həyətinə girərək kürəyini evin qapısına söykəyib dönə-dönə xahiş (!) etmişdi ki, bircə bu ailəyə divan tutulmasın. Bununla da həmin zabitin qohumları misli görünməmiş zorakılıqdan xilas olmuşdular...
Bənəniyar faciəsi törədilən vaxt mən AMEA Naxçıvan Bölməsində elmi işçi vəzifəsində çalışırdım. Əməkhaqqı çox aşağı olduğundan, “Lent.az” saytının muxtar respublika üzrə müxbiri kimi də fəaliyyət göstərirdim. Bölmədə işdə olduğum zaman saytın baş redaktoru Qabil Abbasoğlu mənə zəng edib Bənəniyar hadisələri haqqında informasiya gözlədiklərini dedi. Mən də məlumat almağa çalışacağımı bildirdim. Onsuz da illərdir informasiya blokadasında olan muxtar respublikada bilavasitə “rəhbərin” əmri ilə Culfa rayonunun ikinci böyük kəndində vandalizm törədilən bir vaxtda bu faciə haqqında harasa məlumat sızdırmaq necə mümkün olardı! Çıxılmaz vəziyyətdə idim.
AMEA-nın Naxçıvan Bölməsindən 190 manat maaş alır, kirayə mənzildə yaşayırdım. “Lent.az”a hazırladığım bir xəbər üçün orta hesabla 3 manat verirdilər. Təbii ki, bu vəziyyətdə akademiyadakı işimdən dördəlli yapışmalı idim...
10-15 dəqiqə sonra yenidən Qabil müəllimdən zəng gəldi. Baş redaktor xəbərin hazır olub-olmadığını soruşurdu. Sözüm bilmişdi.
Qabil müəllim dedi:
– Yunis bəy, Vasif Talıbov Şərurun hansısa kəndində məktəb, nə bilim, təndir damı açır (Qabil müəllim bilmirdi ki, elə həmin vaxtlardan Naxçıvanda təndirlərə də qarşı müharibə elan edilmişdi...), onun xəbərini göndərirsən, veririk. Bu gün də cənab sədriniz Bənəniyar kəndini dağıdır, onun da xəbərini göndər!
Mənsə Qabil müəllimə bu barədə məlumat almaq üçün DİN-in saytını nişan verdim.
Baş redaktor amiranə tonda “Belə getsə, səninlə əməkdaşlığı davam etdirə bilməyəcəyik...”, – deyib telefonu söndürdü.
Bəli, həmin gündən “Lent.az”la əməkdaşlığıma xitam verildi. Ehtiyac içində olan bir gənc elmi işçi əlavə qazancından məhrum oldu...
Kaş Bənəniyar sakinlərinin zərəri, xərci-xəsarəti pulla ölçülə bilərdi. 14 il öncə bu kənddə törədilən vəhşiliklər insanlıq adına ləkə, bir “rəhbərin” öz vətəndaşına qarşı hərbi cinayəti kimi tarixə yazıldı. “İdrakı sönük başçılardan” bundan yaxşısını gözləmək də məntiqsizlikdir. Onların qəfləti ancaq itir-batır, talançılıq, tar-mar etməyə yetərdi və belə də oldu. Bütün bu olanlardan xəbərdar bir çox ziyalılar, “çox böyük elm xadimləri” muxtar respublikanın “rəhbəri”ni “müdrik dövlət xadimi”, “uzaqgörən siyasət adamı”... kimi səciyyələndirirdilər...
Bənəniyarda törədilən bu vəhşilikdən sonra uyğur türklərinin məşhur “Köç” dastanında deyildiyi kimi, sanki kəndin hər ağacı, quşu “köç-köç” deməyə başladı... Hazırda bu kənddən sakinlərin çoxu “öz rəiyyətinin üstünə qoşun çəkən xan”ın düşmən davranışı nəticəsində öz doğma ocağını tərk edib. Başqa yaşayış məntəqələrinin də yarıdan çoxu dərbədər olub. Ancaq Bənəniyar kəndi, əvvəldə də qeyd etdiyim kimi, elə mövqedə yerləşir ki, mane olmasaydılar, öz qaynar həyatını qoruyub saxlayardı. Bu gün Bənəniyar kəndindən keçərkən adamı qəribə bir nisgil, ağır bir hüzn bürüyür. Sahibsiz mənzil misalı.
Deyirlər, gecikən ədalət ədalət deyil. Ancaq fiziki və mənəvi zorakılığa məruz qalmış Bənəniyar sakinləri gecikən ədalətə də şükür edəcəklər. İnanıram ki, çox çəkməz bu kəndin camaatına qarşı törədilən vəhşətə dövlət tərəfindən hüquqi qiymət verilər, günahkarlar cəzasını alar.
Mia.az
Bakıda ermənilərin məhkəməsi: Kərkicahan sakinlərinin öldürülməsi ilə bağlı sənədlər elan olunub
Şimali Koreya: "Bizim nüvə dövlət statusumuz geridönməzdir"
Türkiyənin 17 şəhərində FETÖ əməliyyatı: saxlanılanlar var
CHP-nin qurultaylarının ləğvi tələbi - Məhkəmə təxirə salınıb
Sabah hava necə olacaq? - Proqnoz
CHP funksioneri həbs olunub - AKP-yə keçən bələdiyyə üzvünə görə
"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
Paşinyan: “Bizim əməllərimiz nəticəsində 150 ildən sonra da Ermənistan dövlət olacaq”
48 işçi işinə bərpa olunub
İlham Əliyev Xocalıda daha iki kəndə baş çəkib - FOTOLAR (Yenilənib)
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Emmy mükafatı qazanan yəhudi aktrisa: "Fələstinə azadlıq..."
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
Sabirabad sakini öldürülüb
Prezident Xocalının Daşbulaq kəndində tut bağında - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində - FOTOLAR
İsrail ordusu BMT-yə aid binaları vurub - Qəzzada
Əhməd Şara: "İsraillə danışıqlar aparırıq, əgər parçalanma olarsa, bu, Türkiyə və İraqa..." - "İrana qapını qapatmamışıq"
Tramp növbəti dəfə Venesuelanı təhdid edib
22 yaşlı futbolçu "Qalatasaray" klubunun təklifini rədd etdi
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur
KƏLBƏCƏRƏ DAHA 139 NƏFƏR KÖÇÜRÜLÜB
Xəzər dənizində zəlzələ olub
Qəzzada aclıq: 3 nəfər də ölüb
Qurban Qurbanovun Elxan Məmmədovu toya dəvəti müzakirə yaradıb - Stulun biri 400 manat olub? + FOTO
Türk futbolçunun sevgilisi məşhur model imiş - FOTOLAR
Yəməndən İsrailə PUA hücumu: Ramon hava limanını bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə erməni təxribatı: erməni əsilli sakin polisə silahlı müqavimət göstərib, yaralanan var (ANBAAN VİDEO) - YENİLƏNİB
İlham Əliyev Xocavənd sakinləri ilə bir arada: "Heç kim bizim qabağımızda dura bilməz" (FOTOLAR)
Qarabağ Universitetinin Klinikası və tədris korpusunun açılışı oldu - Prezident tədbirdə + FOTOLLAR
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb
İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndinə gedib - FOTOLAR
Prezident Qırmızı Bazar qəsəbəsində - FOTOLAR
Prezident İlham Əliyev Sos kəndində olub - FOTOLAR
İLHAM ƏLİYEV HADRUTDA: Prezident sakinin evinə baş çəkdi, məscidin açılış oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Füzulidə - FOTOLAR
Sabah yağış yağacaq
Türk Dünyası Sığorta Birliyi Şuşada: yeni sənəd imzalanıb (YENLƏNİB)
Şəmkirdə qəza: iki nəfər ölüb (Yenilənib)
Ceyhun Bayramov Qətərə gedib
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi