Blinken Ceyhun Bayramov və Ararat Mirzoyanla telefonda müzakirə aparacaq - Filip Rikerin isə səlahiyyət müddəti başa çatıb

img

05-01-2023 [10:19]


ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonda danışacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.

O bildirib ki, E.Blinken yaxın günlərdə Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da telefonda müzakirə aparacaq.

Ned Praysın sözlərinə görə, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin də səlahiyyət müddəti başa çatıb.

O deyib ki, bu, ABŞ-ın Cənubi Qafqazdakı siyasətinə təsir etməyəcək.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA