Siyavuş Novruzov: “Deputatdan elə şey tələb edirlər ki..."

img

30-12-2022 [13:17]


“Bəzən ictimaiyyət nümayəndələri və ya mətbuat orqanlarında deputatdan elə şey tələb edirlər ki, bu heç onun səlahiyyətləri daxilində deyil”.

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat daha sonra onlara ünvanmlanan suallardan söz açıb: "Məsələn, filan yerdə oğurluq var, dövlətin malı mənimsənilir, deputat hara baxır?

Başa düşürəm, deputatın funksiyası gördüklərini yazıb aidiyyəti qurumlara göndərməkdir. Həmin qurumlar da bunu araşdırıb müvafiq ölçü götürür. Yoxlanılmamış məlumat haqqında bizim heç bir məsuliyyətimiz olmamalıdır. Şayiələr əsasında qurulmuş məsələlərə qarışa bilmərik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR