UNICEF-in İrəvan ofisinin rəhbərinin bəyanatı etiraz doğurdu - Qurumun ölkəmizdəki rəhbəri PA-ya çağırıldı

img

30-12-2022 [09:16]


Azərbaycan UNICEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatlarına etiraz edib.

Mia.az "Caliber.az"a istinadən xəbər verir ki, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Görüşdə UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi bəyanat barədə rəsmi Bakının narahatlığı çatdırılıb, onun mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatını etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanatında “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını” qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA