Bəxtiyar Hacıyev yenə hakim qarşısına çıxarıldı - Vəkillərin tələbi rədd olundu

img

29-12-2022 [22:52]


Bu gün Bakı Şəhər Xətai Rayon məhkəməsində ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin növbəti məhkəməsi keçirilib.

Mia.az xəbər verir ki, iclasda Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə şikayətinə baxılıb.

Lakin hakim vəkillərin verdiyi vəsatəti təmin etməyib.

Xatırladaq ki, 14 gündür aclıq edən Bəxtiyar Hacıyev bu gün aclıq aksiyasını dayandırıb.

Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq, aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb: "Onun səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR