Keçmiş nazir "məmurların tapşırığı ilə işə kimlərisə qəbul etmisiniz?" sualına belə cavab verdi: "Bu, təbii məsələdir..."

img

29-12-2022 [00:21]


Sabiq Xarici işlər naziri Elmar Məmmədyarov APA TV-yə maraqlı açıqlama verib.

Mia.az xəbər verir ki, o, "Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?", - sualına belə cavab verib: "Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR