İnsan var tarixdə yaşayır, İnsan var tarix yaradır - Vaqif Şadlinski yazır
23-12-2022 [17:48]
Vaqif Şadlinski,
Prezidentin fərdi təqaüdçüsü, Nəsimi rayonu Ağsaqqallar Şurasının sədri, Şöhrət ordenli, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor.
***
Müzəffər Ali Baş Komandan Azərbaycanı Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevirən Prezident cənab İlham Əliyev Ölkəmizi daha da parlaq gələcəyə aparan alternativsiz bir liderdir.
Bu şanlı qələbədən sonra regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma od-ocaq həsrətinə son qoyuldu və böyük qayıdışa başlanıldı.
Azərbaycanın şanlı tarixinə nəzər saldıqda əsrlər, hətta minillər sonra müqəddəs torpaqlarımızda yaşayacaq nəsilləri – nəvə və nəticələrimizi heyrətə gətirəcək, onların qəlblərini daim qürurla döyündürəcək günləri, ən möhtəşəm qələbələri yaşamaq səadətinin məhz bizə - Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yaşayan insanlara qismət olduğunu tam əminliklə və fəxarətlə söyləmək olar.
Cənab Prezident Dünya Azərbaycanlılarının dayağı, ümid və and yeri, Müqəddəs Türk Dünyasının məğlubedilməz sərkərdəsi, cahan şöhrətli Rəhbərdir. Onun uzaqgörənliyinin, mətin siyasi iradəsinin nəticəsidir ki, torpaqlarımızda ağalıq etmək iddiasında olan mənfur düşmən başını əzən “dəmir yumruqdan” canını qurtara bilmədi, qurtara da bilməzdi və heç bir havadarı, milyonları, milyardları aşıb daşan, təpədən dırnağa qədər silahlanmış işğalçı, Azərbaycan əsgərinin qəzəbindən qurtulmadı. Azərbaycan əsgəri əmrini tarixin ən şanlı, ən qəhrəman Sərkərdəsindən almışdı və ilk gündən, müqəddəs müharibənin ilk dəqiqələrindən aydın idi ki, Prezident İlham Əliyev – Qələbələr Sərkərdəsi, müqəddəs bayrağımızın bütün torpaqlarımızda, şəhərlərimizdə, kəndlərimizdə dalğalanması, düşmənin tamamilə məhv edilməsi əmrini vermiş və bu yoldan dönməyəcəkdir.
Möhtərəm Cənab Prezident möhtəşəm qələbəni xalqımıza ərmağan etdikdən sonra tarixdə misli görünməmiş abadlıq işlərinə azad olmuş torpaqlarımızda başladı. Həmin günləri xatırlayan və qarşıda duran vəzifələri dərindən analiz etmiş Dövlət Başçısı 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciətdə demişdir: “Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran mühüm məqsədlərdəndir”.
Cənab Prezident İlham Əliyevin siyasət aləmində atdığı addımları xronoloji ardıcıllıqla izlədikcə, onun həyat yolunu, gənclik illərindən başlayaraq incələdikcə, böyük bir salnamənin oxucusuna çevrilir insan. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin qürurla, özünəməxsus dahiyanə ahənglə söylədiyi, əsrlər boyu yaşayacaq “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” cümləsi Müzəffər Ali Baş Komandanımızın bütün fəaliyyətində tam təsdiqini tapmışdır. Bu gün erməni cəlladlarını yer üzündən silmiş, onların havadarlarının puluna tutulmuş dırnaqarası siyasi şərhçilərin, jurnalistlərin ikili standartlarla dolu suallarını sərrast cavablarla susdurmuş, bütün dünyaya Azərbaycan həqiqətini çatdırmağa tam nail olmuş, heç bir alternativi olmayan Liderimiz, Azərbaycanımızı xoşbəxt gələcəyə doğru inamla aparır. Dünya siyasət olimpinin zirvəsində qərarlaşmış Prezidentimizin nüfuzu, xalqın ona rəğbəti, səmimi sevgisi hüdudsuzdur.
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş həqiqi müstəqilliyimiz Prezident İlham Əliyev tərəfindən tamamilə sarsılmaz olmuş, ölkəmizdə olan demokratiya, tolerantlıq, bütün xalqların qardaş kimi yaşaması dünya dövlətləri üçün örnəkdir. Azərbaycan Prezidenti nüfuzlu beynəlxalq tədbirlərə başçılıq edir, dövlətimizdə elmin, təhsilin, səhiyyənin yüksəlişi, biznesin inkişafı üçün yaradılmış şərait dünya iqtisadi nəhənglərinin Azərbaycana can atmasına, iqtisadiyyatımızın artmasına şərait yaradır.
Yüksək mənəviyyatı, Vətəninə bağlılığı ilə hər bir dünya lideri üçün nümunə olan Prezidentimiz həmişə xalqladır və xalqı da hər zaman onun yanındadır. Azərbaycan ziyalılarının ölkəmizin ağır günlərində Ulu Öndərimizin ətrafında birləşməsi nəticəsində yaranmış Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin parlaq strategiyası sayəsində nəinki Cənubi Qafqazda, bütün dünyada qabaqcıl siyasi qüvvəyə çevrilmişdir. Ümummilli maraqların dəstəklənməsi, əbədi demokratik dəyərlərə, milli adət-ənənələrə söykənən, Vətənə, xalqa sevgi üzərində inamla ucalmış Partiyanın ətrafında digər partiyaların və siyasi təşkilatların birləşməsi ölkəmizdə tam həmrəyliyin, Cənab Prezidentin siyasi istiqamətinin dəstəklənməsinin təzahürüdür, xalq məhəbbətinin Dövlət Başçısına hüdudsuz olduğunun göstəricisidir. Bir il öncə Şuşada, hər birimiz üçün doğma və əziz gündə - ad günündə Cənab İlham Əliyevin dediyi kimi: “Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.
Azərbaycanın uğurları, əminik ki, bundan sonra da ardıcıl olaraq davam edəcək və ölkəmizin mövqeyi dünya səviyyəsində daha da möhkəmlənəcəkdir. Əziz Prezidentimizin ad günündə hər birimiz Uca Allahdan ona və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Cənab Prezidentimizin ailə üzvlərinə cansağlığı, səadət və əmin-amanlıq arzulayırıq. Allah Prezidentimizi və onun ailəsini qorusun!
Mia.az
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)