Fuad Muradov: "Türk dövlətləri üçün elektron baza yaradılacaq"

img

21-12-2022 [14:37]


"Türk dövlətləri üçün gələcəkdə elektron baza yaratmaq istəyirik. Bu, əlaqələrin qurulması üçün çox vacibdir".

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dekabrın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumunda deyib.

O qeyd edib ki, komitənin rəsmi internet saytında yayımlanan xəbərlərin operativliyini, sayını təmin etmək üçün interaktiv xəritə yaradılıb. Yaradılan xəritə ilə dünyanın istənilən yerindən diaspor haqqında məlumat almaq olar.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, dünyanın 60-dan çox ölkəsindən minlərlə soydaşımızın qatıldığı konfranslar təşkil edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA