Şəmsəddin Hacıyevin qızının doktorluq işi - ÖZƏL

img

01-05-2014 [10:43]



 Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin elə həmin universitetin bakalavr və 1 il əvvəl magistraturasını bitirən qızı Çeşmi Hacıyeva fəlsəfə doktoru elmi dərəcəsi almaq üzrədir.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, Dövlət İqtisad Universitetinin yeni rektoru Ədalət Muradovun Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudası, Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da vəzifəsindən çıxardığı ərəfədə, keçmiş rektor və deputatın qızı Çeşmi Hacıyevanın fəlsəfə doktoru elmi dərəcəsi üzrə namizədlik işinin müdafiəsi sürətləndirilib: "Çeşmi Hacıyevanın namizədlik dissertasiyası ötən həftə elə Şəmsəddin Hacıyevin özünün rəhbəri olduğu  Beynəlxalq iqtisadi münasibətlər kafedrasında müzakirəyə çıxarılıb. Bu sürətlə gedərsə, yəqin İqtisad Universitetinin Müdafiə Şurasında may və ya iyunun sonu Çeşmi xanım fəlsəfə doktoru elmi dərəcəsi də rəsmiləşdirəcək...".

Mia.az-a verilən məlumatda o da bildirilir ki, İqtisad Universitetində Müdafiə Şurasının sədri elə Ş.Hacıyevin özüdür. Yəni o, öz qızının işini müdafiəyə buraxacaq. Bu və ya digər məqamlarla bağlı tərəfləri dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq