Sabiq icra başçısı azadlığa buraxıldı

img

20-12-2022 [17:27]


Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə siyasətçi Qubad İbadoğlu məlumat verib.

O bildirib ki, bu ilin oktyabrın 1-də Polşada saxlanılan Elxan Nuriyev Polşa məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Qeyd edək ki, E.Nuriyevin Polşada həbs edilməsi barədə ilk məlumatı “Qafqazinfo” yaymışdı. Həmin vaxt Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.

Onun “Qaranquş” dəstəsinin rəhbəri kimi bir sıra şəxslərin qətlini sifariş verməsi barədə məlumatlar yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA