Dini konfessiya rəhbərləri Laçın yolundakı aksiya ilə bağlı bəyanat yayıb - MƏTN
20-12-2022 [17:11]
Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri icmalarımızın arzu və iradəsini ifadə edərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistan tərəfinin, özəlliklə, erməni kilsəsinin ictimai fikri yanlış istiqamətdə yönləndirmək məqsədilə yaydığı müraciətlərlə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.
İlk növbədə qeyd olunmalıdır ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olan etirazçıların bir həftədən artıq davam edən təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiya dinc xarakter daşıyır və Azərbaycanın sülhsevər siyasətinin prioritetlərindən irəli gəlir. Etirazçılar Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ekologiyasının çirkləndirilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Müstəqil fəallar tərəfindən aparılan araşdırmalara görə, Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir və bu fəaliyyətin monitorinq olunması haqqında öncə müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, onlar separatçı qüvvələr tərəfindən həmin obyektlərə buraxılmamışlar. Hal-hazırda etirazçılar göstərilən yataqlarda yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər.
Birmənalı şəkildə bildiririk ki, Ermənistan tərəfinin, xüsusən, Eçmiədzinin yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır və QHT-lərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə iddialar qətiyyən həqiqətə uyğun deyildir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb.
Aksiya zamanı Ermənistan mətbuatında və erməni diasporunun təbliğatında Xankəndi-Laçın yolunun Azərbaycanın qeyri-hökumət təşkilatları və Azərbaycan mediası tərəfindən bağlanması barədə iddia da əsassızdır, belə ki, adıçəkilən yolun rus sülhməramlıları tərəfindən bağlanması faktı bəyan olunub. Çox heyfsilənirik ki, erməni kilsəsi ədalət nümayiş etdirərək həqiqəti çatdırmaq əvəzinə, siyasi konyunktura uyğun qərəz və böhtan mövqeyindən məsələyə yanaşır, dinc etiraz aksiyasını “etnik təmizləmə siyasəti” və “qeyri-insani hərəkət” kimi qələmə verməyə çalışır. Erməni kilsəsinin hadisələri «erməni blokadası və humanitar fəlakət» kimi təqdim etməyə cidd-cəhd etməsi təxribat və qarayaxmadan başqa bir şey deyildir. Azərbaycan yolları bağlayan deyil, yeni yollar, körpülər inşa edən dövlətdir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.
Acı həqiqət ondan ibarətdir ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə, təbii sərvətləri talama, mənəvi irsi dağıtma, ekosistemə qarşı cinayətlər nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışlar. İşğal dövründə ərazinin flora və faunası məhv edilmiş, torpaqları yandırılmış, su hövzələri zəhərlənmişdir. Şəhər və kəndlərimiz urbisid nəticəsində yer üzündən silinmişdir. Basdırılmış saysız-hesabsız minalar səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı ləngiyir, yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanları sırasındadır. Münaqişə dövründə itkin düşmüş 4 mindən artıq vətəndaşımızın aqibəti hələ də məlum deyil. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlər tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur.
Azərbaycan sülhsevər dövlətdir və bunu münaqişənin davam etdiyi üç onillik müddətə yaxın dövrdə sülh yönündə danışıqlarda ardıcıl iştirakı ilə, habelə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda fəal iştirakı ilə nümayiş etdirmişdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi bölgəmizin əmin-amanlığı və iqtisadi rifahı yönündə perspektivləri əngəlləyir. Dövlətimiz ərazilərində yaşayan bütün etnik və din mənsublarına, o cümlədən, Qarabağda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarına ehtiramla yanaşır, onların hüquqlarını və dəyərlərini qoruyur. Uca Allahın neməti olan torpaq, onun üstündə və təkində olan bütün sərvətlərə ehtiram və qayğı ilə yanaşmaq Azərbaycan torpaqlarında yaşayan həm azərbaycanlıların, həm də ermənilərin vətəndaşlıq borcudur.
Biz, dini konfessiya rəhbərləri daim Uca Yaradanımızın buyurduğu yolla gedərək bəşəri dəyərlərə, humanist məramımıza və dinc birgəyaşayış ideyalarına sadiq olmuşuq və həmişə qonşu Ermənistanın din xadimlərini sülhə, müharibə ritorikasından əl çəkməyə çağırmış və dialoqa üstünlük vermişik. Bu Bəyanatımızla biz erməni kilsəsini Uca Yaradanımızın buyurduğu ideallara istinadən həqiqətləri söyləməyə, Qarabağda yaşayan dinc erməni əhalini revanşizmə sürükləməməyə, kövrək sülh şəraitində qızışdırıcı fəaliyyətlə məşğul olmamağa çağırırıq. Öz növbəsində, Qarabağın dinc erməni əhalisini yaşadıqları torpaqlarda Uca Allahın bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə dəvət edirik".
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb.
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar