Rəsmi Bakıdan Estoniyaya etiraz: “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”

img

20-12-2022 [00:15]


Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə paylaşım edib: “Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”.

Xatırladaq ki, dekabrın 17-də Estoniyanın xarici siyasət idarəsi tviterdə Laçın dəhlizinin keçdiyi ərazini “Dağlıq Qarabağ” adlandıraraq orada yerli əhalinin guya mühasirəyə alındığını iddia edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA