Rəsmi Bakı Ermənistanın iddiasını rədd edib: "Biz öz ərazilərimizin təhlükəsizliyini təmin edirik"
13-12-2022 [22:18]
"Ermənistan Xarici İşlər Nazirliyinin 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatını qətiyyətlə rədd edirik".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 13 dekabr 2022-ci il tarixli bəyanatına dair şərhində deyilir.
Şərhdə qeyd edilir ki, Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir:
"İlk öncə xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə tərəfimizdən bəyan edilib".
Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə XİN-dən bildirilib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb:
"Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar Azərbaycan xalqının etirazına səbəb olub".
Azərbaycan XİN xatırladıb ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır:
"Məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.
Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə, qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Azərbaycan öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.
Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır".
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar