"Bəxtiyar Hacıyevi bu formada həbs etmək..." - Novella Cəfəroğlu "Bu məsələ təcili şəkildə həllini tapmalıdır" deyir

img

13-12-2022 [14:20]


"Bəxtiyar Hacıyevi bu formada həbs etmək, Azərbaycanın həmin təşkilatlarla üz-üzə qoymaqdan başqa bir şey deyil”.

Mia.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında insan haqları üzrə hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O bildirib ki, Bəxtiyar Hacıyevin həbsi gözlənilən reaksiyanı verib: “Əgər Bəxtiyar Hacıyev məhkəməyə hörmətsizlik etmişdisə, onu cərimələmək olardı. Vəkillərin müsahibələrini oxuyuram, onlar bildirir ki, indiyə qədər həmin maddələrlə heç kəsə həbs-qətimkan tədbiri seçilməyib. Ona görə də, hesab edirəm ki, bu məsələ təcili şəkildə həllini tapmalıdır. Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxış olacaq. Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin bu səhvini dərhal aradan qaldırmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR