Politoloq: "Bizə mane olan Putindir" - "General Volkov bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir"

img

12-12-2022 [17:09]


"Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir".

Mia.az xəbər verir ki, bu sözləri Şuşa-Lalçın yolunda keçirlən aksiyaya münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Putin Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir: "General Volkov əmr quludur. O bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin. Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir. Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR