Azərbaycandan tranzitlə Türkiyəyə narkotikin keçirilməsinin qarşısı alınıb

img

09-12-2022 [11:16]


İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə aparılan xurma yükündə metamfetamin aşkar edilib.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.

Yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR