AMEA rəhbəri oğlunun həbs xəbəri barədə sualdan belə qaçdı - VİDEO

img

08-12-2022 [21:28]


Bir neçə gün əvvəl ləğv olunan Naxçıvan Gömrük Komitəsinin keçmiş sədri, AMEA prezidenti İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylidən hələ də xəbər yoxdur.

Mia.az xəbər verir ki, komitə ləğv olunmamışdan əvvəl orada Dövllət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xüsusi əməliyyat keçirilib. Nəticədə bir neçə nəfər saxlanılıb, o cümlədən keçmiş komitənin şöbə rəisi 132 milyonluq mənimsəmədə ittiham olunaraq barəsində həbs qərarı çıxarılıb.

Bundan sonra Komitə ləğv olunub, yerində Dövlət Gömrük Komitəsinə tabeli olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb və yeni quurma Bakıdan Vüqar Əliyev dadlı rəis əvəzi göndərilib.

Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. İddia olunubr ki, bu kontekstdə keçmiş Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov da saxlanılaraq Bakıya gətirliblər.

Məsələnin ən diqqətçəkən tərəflərindən biri də odur ki, əməliyyat məlumatlarının tirajlanmasından bir neçə gün sonra açıqlama verən AMEA rəhbəri İsa Həbibbəyli Naxçıvan Gömrük Komitəsində yoxlama aparıldığını təsdiqləsə də, oğlunun taleyindən xəbərsiz olduğunu bəyan edib: “Oğlumla  əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur. Bilmirəm ki, haradadır, xəbərim də yoxdur””.

Mia.az xəbər verir ki, bu gün BAKU TV-nin əməkdaşı İsa Həbibbəylidən oğlu ilə bağlı açıqlama almağa can atıb.

Lakin o, bu dəfə ümumiyyətlə, sualdan sözün həqiqi mənasında qaçmağa başlayıb.

Həmin anın görüntüsünü təqdim edirik:

Mia.az


 


Digər xəbərlər
SON XƏBƏRLƏR