Bursada “Şuşa günləri” adlı tədbir keçiriləcək - Reza Deqatinin “Azərbaycanın İncisi Şuşa” foto sərgisi də tədbirdə  nümayiş olunacaq (FOTOLAR)

img

08-12-2022 [12:24]


8-9 dekabr 2022-ci ilin “Türk Dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində “Şuşa Günləri” adlı tədbir keçiriləcək.

Mia.az xəbər verir ki, proqramda dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın İncisi Şuşa” foto sərgisinin nümayişi olacaqdır.

Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər göstəriləcək.Xatırladaq ki, 1992-ci ildə işğala az qalmış şəhəri tərk edən Reza Deqati 30 ildən sonra qayıdaraq Şuşanı yenidən kameranın yaddaşına köçürüb. 

Qeyd edək ki, Deqati sərgisinin açılışı üçün Bursadadır və tədbir zamanı eyni zamanda əyani konfrans keçirəcək və Şuşanın keçmişindən, indiki təcrübələrindən və gələcəyi ilə bağlı arzularından danışacaq.

2023-cü ilin “Türk Dünyasının mədəniyyət paytaxtı” seçilən Şuşa şəhəri tarixən Azərbaycanın mədəni-mənəvi, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Fondun təşəbbüsü ilə Bursada “Şuşa Günləri”nin təşkil olunması, “Türk Dünyasının mədəniyyət paytaxtı” statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni bir ənənənin əsasının qoyulması məqsədini daşımaqdadır.

“Şuşa Günləri”nin rəsmi hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, Bursa Böyükşəhər Bələdiyəsinin Başçısı Alinur Aktaşın, Azərbaycan və Türkiyə rəsmilərinin, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərlərinin iştirakı və çıxışları nəzərdə tutulur.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR