Diaspor təşkilatının rəhbəri dünya çempionu oldu - FOTO

img

07-12-2022 [14:09]


Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində keçirilən Kempo Karate üzrə 26-cı Dünya Çempionatında qələbə qazanıb.

Mia.az xəbər verir ki, Birləşmiş Dünya İdman Kempo Federasiyasının (UWSKF) təşkil etdiyi yarışda rəqibləri üzərində üstünlük əldə edən soydaşımız finalda birinci yeri tutub. Avstriyanı təmsil edən soydaşımıza çempionatın qızıl medalı təqdim edilib.

UWSKF-nın prezidenti tərəfindən soydaşımıza Kempo Karateyə xüsusi xidmətlərinə və 30 il peşəkar idmanda göstərdiyi nailiyyətlərə görə 4-cü Dan qara-kəmər təqdim olunub.Xatırladaq ki Fərid Əzizov UWSKF-da 4-cü Dan qarakəmər sahibi olan yeganə Azərbaycanlıdır.

Medalın və kəmərin təqdimolunma mərasimində Fərid Əzizov təşkilatçılara Diasporla İş üzrə Dövlət Komitəsinin adından Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər hədiyyə edib. Fərid Əzizov bu qələbəni vətən uğrunda canından keçən şəhidlərimizə həsr etdiyini söyləyib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub