Oğlu, qızı, qardaşı, qaynanası, qudası, yeznəsi... - VASİF TALIBOVUN YÜKSƏK VƏZİFƏ TUTAN QOHUMLARININ SİYAHISI

img

06-12-2022 [21:09]


Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri Vasif Talıbovun yüksək vəzifədə olan qohumları ilə bağlı məlumat yayılıb.

Mia.az xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Həbib Müntəzir paylaşım edib.

Paylaşımda deyilir:

"Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? Oxuyun, xanlığın şəcərəsi:

- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi - Məhərrəm Talıbov - Vasifin qardaşı

- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasifin böyük oğlu

- Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru - Seymur Vasif oğlu Talıbov - Vasifin kiçik oğlu

- “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbova - Vasifin qızı

- Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasifin kürəkəni

- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı - Ədalət İbrahim oğlu Salmanov - Vasifin qudası

- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov - Qudasının qardaşı

- Naxçıvanın Daxili İşlər Naziri olmuş - general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasifin qudası olub

- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı - Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasifin digər qudası

- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini - Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri

- Naxçıvan Gömrük Komitəsinin sədr müavini - Səbuhi Məhərrəm oğlu Novruzov - Vasifin bacısının əri, yəni yeznəsi

- DSMF-in Abşeron rayon şöbəsinin müdiri - Məhərrəm Novruzov - Yeznəsinin qardaşı

- Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri - Sənufər Soltanova - Vasifin qaynanası".

Mia.az onu da bildirir ki, Vasif Talıbovun digər qardaşının uşaqları - Vüsal və Vüqar Talıbovlar da yüksək vəzifə tuturlar. Onlardan biri Naxçıvan DYP-də, digəri isə prokurorluqda işləyir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR