"Mülkümü dağıdıb, özümü də tutdurmaq istəyirlər" - Federasiya prezidenti Bakı sakininin əmlakını ələ keçirib? (VİDEO/FOTOLAR)
06-12-2022 [18:08]
Bakı şəhər sakini, iş adamı Akimov Kamal Akimoviç Cinayət Məcəlləsinin 182.3.2-ci (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İddiaçı isə Azərbaycanda kifayət qədər tanınmış şəxs – “Azimport” MMC-nin rəhbəri, Əməkdar İdman Ustası, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası dekabrın 9-na təyin olunub.
Adıçəkilən MMC Bakıda bir çox irimiqyaslı infrastruktur layihələrinin podraçısı olub. Maraqlıdır, kifayət qədər imkanlı, mühüm əlaqələri olan MMC rəhbəri Kamal Akimovdan niyə şikayət edir?
Bu barədə “AzPolitika.info”ya müraciət edən iş adamı özü ətraflı məlumat verib, həmçinin sənədlər təqdim edib. “2012-ci ilin avqust ayında qardaşım zəng edərək Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən mənə məxsus əmlakı satıb-satmadığımı soruşdu. Satmadığımı bildirdim. Qardaşım dedi ki, əraziyə ağır texnika cəlb edilib, bina sökülür. Xatırladım ki, 196 kvadrat metr torpaq sahəsinin üzərində yerləşən 146 kvadrat metr qeyri-yaşayış sahəsini bir neçə il əvvəl 390 min dollara almışdım. Qardaşımla danışdıqdan sonra dərhal həmin ünvana getdim, məlum oldu ki, "Hyundai" markalı ekskavator qeyri-yaşayış sahəsinin söküntüsünə başlayır. Qonşularımız da hadisə yerində idi. Özünü Qurban kimi tanıdan icra hakimiyyəti işçisindən söküntünün səbəbini soruşduqda, o, bildirdi ki ki, bina dövlət ehtiyacı üçün sökülür, yerində isə park salınacaq. Qurban mənə məxsus əmlakı sahibsiz olduğunu zənn edərək sökdüklərini dedi. Mənim müdaxiləmdən sonra söküntü dayandırıldı, Qurban isə üzrxahlıq edərək, dedi ki, əlaqə saxlayacaqlar.
Amma bir həftə əlaqəyə çıxan olmadı, öz kanallarımla dəqiqləşdirdim ki, söküntünü Bakı Şəhər İcra Hakimiyyəti deyil, Azər Əsgərovun rəhbəri olduğu “Azİmport” MMC aparır. Bunu hadisə yerindən çəkdiyim video da təsdiq edir. Bir həftə sonra yenidən ərazidə söküntü işləri davam etdirildi. Onun qarşısını almaq üçün mənə məxsus "Sterlinq Grup" şirkətinə aid olan yük avtomobillərini binanın qarşısına düzdüm. Daha sonra Azər Əsgərovun yeznəsi Rəşad Məmmədova əlaqə saxladım. O dedi ki, söküntü bizim şirkətə aid deyil. Söküntü zonasına gətirdiyim yük avtomobilləri təxminən bir ay yarım müddətində orada qaldıqdan sonra iş üçün götürməyə məcbur olduq. Həmin gün gecə “Azİmport” şirkətinin əməkdaşları ağır texnika cəlb edərək əmlakımı sökdülər”, - sahibkar baş verənlərin qısa xülasəsini belə ümumiləşdirir.
K.Akimov bildirir ki, məhkəməyə müraciət edərək iddia tələbində dəyən ziyanın ödənilməsi, qeyri-yaşayış sahəsinin bərpa olunması, itirdiyi faydanın qaytarılmasını istəyib: “Əvvəlcə cavabdeh kimi Bakı Şəhər İcra Hakimiyyəti göstərilmişdi, çünki Azər Əsgərovun yaxınları tikilinin onun şirkəti tərəfindən sökülməsini inkar edirdilər. Məhkəmə tərəfindən verilən sorğulardan sonra söküntünün “Azİmport” MMC tərəfindən aparıldığı müəyyənləşdi. 2012-ci ildən 2016-cı ilə qədər davam edən məhkəmə çəkişmələrində əmlakın mənə məxsus olması təsdiqləndi. Məhkəmə prosesinin gedişində “Azİmport” şirkəti həmin ərazidə 7 mərtəbəli ultra-premium yaşayış binası inşa etdirib. Amma Azər Əsgərov anladı ki, bina tiksə də, ərazinin mülkiyyət hüququ məndədir. Çünki bundan sonra Azərin qanunsuz hərəkətlərindən bütün dövlət qurumlarına şikayətlər etməyə başladım. Prezident Administrasiyasına yazdığım məktublarda üzləşdiyim qanunsuzluğun bütün detalları ətraflı qeyd olunmuşdu. 2016-cı ilin yayında Azər Əsgərovun qohumu, mənim də yaxından tanıdığım Cəmaləddin zəng edərək Axundov bağının yaxınlığında “Azİmport” rəhbərinə məxsus ofisdə görüş təklif etdi. Orada belə kompromis təklif olundu ki, bütün şikayətləri dayandırım, Azər isə əmlakımın əvəzi kimi yaxınlıqdakı binalardan birində eyni kvadrat sahəyə malik obyekt verəcək. Amma həmin sahəyə uyğun obyekt yox idi. Razılığa gəldik ki, Azər Əsgərov onu satacaq və mənə çatacaq vəsaiti ödəyəcək. O, əmlakı satılana qədər mənə hər ay 50 min dollar ödəyəcəyinə guya söz vermişdi. Məcburi razılaşmadan sonra Azər ödəməyi öhdəsinə götürdüyü 800 min dolların 500 min dollarını 2016-2018-ci illər ərzində Cəmaləddin vasitəsi ilə hissə-hissə ödədi. Amma bundan sonra ödənişdən imtina etdi. Mən yenidən dövlət qurumlarına şikayətlər ünvanlamağa başladım...”
Azər Əsgərova zor tətbiqi ilə hərə-qorxu gəlmək barədə ittihamlara gəlincə, Kamal Akimov bildirir ki, bunlar gülüncdür: “Əvvəla, pulun hissə-hissə ödənildiyi vaxt bizim aramızda heç bir gərginlik olmayıb. Bunu Azər Əsgərovun yaxın qohumu Cəmaləddin də təsdiq edə bilər, çünki onlar yaxın dostluq münasibətlərində olublar. Hər dəfə pul götürüləndə qəbz yazılıb, foto və video çəkilib. Hədə-qorxu ilə pul alınarkən belə şeylər mümkündürmü? Eyni zamanda maddi sübutlar - disklər, qəbzlər cinayət işinə əlavə olunub, orada var. Mən ancaq qanunun aliliyinin, haqq-ədalətin bərpa olunmasına tərəfdar olmuşam. Belə olmasaydı, əmlakımın dəyərinin ödənilməsi üçün illər uzunu dövlət qurumlarına, məhkəmlərə müraciət etməzdim.
İkincisi, Azər Əsgərova fiziki təsir etmək iddiası da gülüncdür. Əgər belə bir hal var idisə, niyə 6 il əvvəl bu haqda hüquq-mühafizə orqanlarına şikayət etməyib?”
Haqqında açılan cinayət işi ilə bağlı Kamal Akimovun dedikləri də maraqlıdır. O, bildirir ki, ötən ilin dekabrında yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, hüquqlarının bərpa olunmasını tələb edib: “Həmin vaxt mən ailəmlə birlikdə ABŞ-daydım, icra hakimiyyətindən mənimlə əlaqəyə çıxdılar, “Skayp” vasitəsilə icra başçısının birinci müavini Vüqar Şıxməmmədovla, həmçinin Hüquq şöbəsinin müdiri ilə danışdıq. Daha sonra qarşı tərəflə əlaqə saxlanıldı. İcra qurumu şikayətimdə əks olunan materialların araşdırılması üçün Səbail Rayon Prokurorluğuna göndərdi və orada fakt üzrə cinayət işi açıldı.
ABŞ-da olarkən özünü Səbail Rayon Prokurorluğunun əməkdaşı kimi təqdim edən Azər Abdulov əlaqə saxlayıb mənə bildirdi ki, sizinlə görüşmək istəyirik. Sevindim, ona ABŞ-dan Azərbaycana yanvar ayında qayıdacağımı bildirdim. Fevralın əvvəlində döndüm, məni Səbail Rayon Polis İdarəsinə apardılar, bildirdilər ki, haqqımda Cinayət Məcəlləsinin 182.3.2-ci (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Polisdə araşdırma 8 ay çəkdi, məni əvvəlcə təqsirləndirilən kimi işə cəlb etdilər, daha sonra Bakı Şəhər Prokurorluğu cəlbetməni ləğv etdi. Qarşı tərəf bu qərardan şikayət etsə də, təmin olunmadı, Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxladı. Bununla belə ölkədən çıxışıma qoyulan məhdudiyyəti götürmədilər. Mən isə məhkəməyə şikayət etdim, hakim ölkədən çıxışa qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı qərar verdi, qarşı tərəf şikayət etsə də, apellyasiya instansiyası qüvvədə saxladı.
Bundan xəbər tutan kimi Bakı Şəhər Prokurorluğu işi sürətləndirdi və məni yenidən təqsirləndirilən şəxs kimi istintaqa cəlb etdi. İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, dekabrın 9-da hazırlıq iclası olacaq”.
Kamal Akimov bildirir ki, əmlakı əlindən alınıb, qanunsuzluqla üzləşib, zərərçəkən olduğu halda şər-böhtanla onun özünü mühakimə etmək istəyirlər: “Bu, absurddur, mən ümid edirəm ki, məhkəmə həddi-hüdudu olmayan bu qanunsuzluğun davam etməsinə imkan verməyəcək. Mən media vasitəsi ilə ölkə rəhbəri cənab Prezident İlham Əliyevə müraciət edirəm: “Hörmətli Cənab Prezident! Çox xahiş edirəm, bu işə diqqət ayırın, mənin haqqımın, hüququmun qorunmasına yardım edin. Çıxılmaz vəziyyətdəyəm, ailəm ABŞ-dadır, ölkədən gedə bilmirəm, haqqımda ağır suçlamalar var. Heç bir cinayət törətmədiyim, zərərçəkən olduğum halda belə haqsızlıqla üzləşmişəm. Bütün ümidlərim Sizədir!”
Azər Əsgərovun vəkili Şaik Mirzəyev Kamal Akimovun dedikləri barədə “Haqqın.az” saytına bildirib ki, obyektin sökülməsini Əsgərova məxsus “Azİmport” şirkəti deyil, Səbail Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qurban İsmayılov həyata keçirib: “Bu şəxsin (Kamal Akimova - red.) şantaj və təhdidləri bütün ağlasığmaz hədləri aşıb. Bu şəxs xarici banklara olan külli miqdarda borclarını ödəmək üçün qeyri-qanuni üsullardan istifadə edir, yerli mətbuatda yalan, böhtan xarakterli məlumatlarla özünə bəraət qazandırmağa çalışır, Azər Əsgərov haqqında şər və böhtan dolu yazılar dərc etməkdə davam edir. Amma məhkəmədə çoxlu faktlar üzə çıxacaq”.
Rasim Əliyev
“AzPolitika.info”
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb