“Birliyimiz sarsılmazdır, əbədidir” - İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarına səsləndi (VİDEO)

img

06-12-2022 [15:11]


Prezident İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təlimlərin uğurla başa çatması münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, Prezident təbrikini Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təliminin iştirakçılarına müraciəti zamanı çatdırıb.

Azərbaycan lideri vurğulayıb ki, Azərbaycan və Türkiyənin birliyi əbədidir: "Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təşkil etdiyi hərbi təlimlərin uğurla başa çatması münasibətilə təbrik edirəm. Bu təlimlərin adı “Qardaş yumruğudur”. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR