Fərid Şəfiyev: "Ermənistan vaxtı ilə Azərbaycana yuxarıdan aşağı baxırdı, amma indi..."İkinci məsələ İran-Azərbaycan münasibətləri ilə bağlıdır"

img

06-12-2022 [10:55]


"Ermənistan vaxtı ilə Azərbaycana yuxarıdan aşağı baxırdı. Amma indi səhvlərini anlayırlar. Ermənistan daxilində müəyyən proseslər baş verir. Biz bunları nəzərə almalı, qarşı tərəfin mövcud potensialının artmasının qarşısını almalıyıq".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlimdə deyib.

O bildirib ki, Azərbaycan yeni dövrə qədəm qoyub: "Bu, təkcə postmünaqişə mərhələsi ilə bağlı deyil. Yeni çağırışlar var".

Mərkəz rəhbəri söyləyib ki, Ukrayna-Rusiya müharibəsi bir sıra məqamlara təsir edir: "İkinci məsələ İran-Azərbaycan münasibətləri ilə bağlıdır. Həmçinin İran-Qərb münasibətləri, İran daxilindəki durum, nüvə silahı ilə bağlı danışıqlar və pandemiyadan sonra yaranan durum yeni çağırışlara əsas verir. Azərbaycan-Ermənistan sülh danışıqları məsələsi də əsas məsələlərdəndir"


Digər xəbərlər
SON XƏBƏRLƏR