Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-12-2022 [00:04]
Qoç - günün ilk yarısında məhsuldar çalışın. Əməyiniz bəhrəsini verəcək. Gəlir əldə etmək üçün inadkar və qətiyyətli olmalısınız. Tələbələr, şagirdlər, mühəndislər, kommersantlar, memarlar üçün yaxşı gündür.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə danışıqlarınız uğurlu olacaq.
Şəxsi həyatınızda hisslər tarıma çəkilməməlidir. Yeni macəralar aramayın. Dostluq münasibətləri ilə hisslər arasında dəqiq sərhədi müəyyənləşdirin. Sevdiyiniz insana qısqanclıq üçün heç bir səbəb verməyin.
Buğa - günün ilk yarısı sakit və rəvan olacaq. Lakin saatlar keçdikcə ekstravaqanat, qeyri-adi qərarlar qəbul edəcək situasiyalar yaşanacaq. Qərarlarınız və fəaliyyətiniz dəqiq bəlirlənmiş istiqamətdə olmalıdır. Belədə özünüzlə bahəm, ətrafınızdakı insanlar da gəlir əldə edəcəklər.
Günün ikinci yarısınla dostlar və tanışlar planlarınızla niyyətlərinizi dəstəkləyəcəklər.
Yaxınlarınızla münasibətlərinizi gərməyin. Ailədə qarşılıqlı iradlar və emosional açıqlamalar kritik vəziyyət yarada bilər. Soyuqqanlı, təmkinli davranın.
Sevdiyiniz insanla münasibətləri qorumaq üçün aktiv olun.
Əkizlər - səhər saatlarından etibarən mühüm görüşə can atmayın. Önəmli danışıqlar və ya müzakirələr üçün əlverişli zaman deyil. Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı peşəkar səviyyədə nümayiş edin.
Günün ikinci yarısında qeyri-standart qərarlar qəbul edə bilərsiniz. Ailə üzvləri ilə qayğıkeş olun. Məişət problemlərinin sayı artacaq. Subaysınızsa, axşam saatlarında maraqlı görüşlər olacaq.
Xərçəng - rutin işlər sizi bezdirə bilər. Narahat olmayın, saatlar keçdikcə situasiya dəyişəcək. Sizi sürpriz gözləyir. Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Mühüm qərarların qəbulunu ertələyin.
Günün ikinci yarısında mütəxəssislərin, işə bələd olan insanların məsləhətlərinə qulaq asın. Alış-verişə yollanmaq olar.
Yaxınlarınız sizi dəstəkləyəcəklər və kömək edəcəklər. Buna cavab olaraq sayğılı davransanız, ailədəki münasibətlər möhkəmlənəcək.
Şir - günün ilk yarısında sakit və rəvan vəziyyət saatlar keçdikcə gərginləşəcək. Situasiyadan asılı olaraq sürətli, təcili qərarlar qəbul etməli olacaqsınız. Qayğılar və problemlər nəticəsində başağrısı, güclü yorğunluq hissi yarana bilər.
Günün ikinci yarısında hiperfəallığa can atmayın.
Yaxınlarınızla təmaslarda diqqətli, qayğıkeş olun. Sakit şəraitdə çalışın. Bəxtəvərlik və xoşbəxtlik arayırsınızsa, maraqlandığınız insandan xoş sözlər eşidəcəksiniz.
Qız - ünsiyyət, problemlərin müzakirəsi, informasiya mübadiləsi və məlumatların nəzərdən keçirilməsi üçün pis zaman deyil. Yaxın ətrafınızdakı insanlardan biri bilavasitə peşəkar fəaliyyətinizlə bağlı olmayan məsələyə görə sizdən yardım istəyəcək.
Günün ikinci yarısında çay gəlməmiş çirmənməyin. Tələsik addımlar və düşünülməmiş qərarların çox pis fəsadları ola bilər.
Ailə qayğılarını sürətlə çözmək mümkündür. Çətinlikləri həll etdikcə həzz alacaqsınız. Uşaqlar və yaşlı qohumlarla təmaslar üçün yaxşı zamandır.
Axşam saatlarını dostlarla keçirin.
Tərəzi - heç bir plan və ya niyyət qəfil dəiyşikliklərdən sığortalanmayıb. Əndişəyə qapılmayın. Saatlar keçdikcə problemləri həll edə bilərsiniz.
Başladığınız işi yarımçıq qoymayın.
Günün ikinci yarısında ağır situasiya yaranacaq. Dostlarınızdan birinin probleminin çözülməsində fəal iştirakınız tələb olunur.
Ailədə emosional mübahisələr başlaya bilər. Münasibətlərin aydınlaşdırılması, qısqanclıq istisna deyil. Lakin soyuqqanlı davransanız, yarana biləcək münaqişəni ilkin mərhələdə həll edə bilərsiniz. Situasiyaya rasional baxışda da xeyir var.
Əqrəb - yaxın ətrafınızdakı insanların mövqelərini və fikirlərini nəzərə alın. Tənqidə həddən artıq sərt reaksiya verməyin. Hamıdan yaxşı, superpeşəkar və meqaağıllı olduğunuzu əsla düşünməyin. Kimin əsl dost, kimin də maskalanmış bədxah olduğunu müəyyənləşdirmək üçün yaxşı gündür.
Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda avtoritar olmayın. Müstəqil fəaliyyətə maneələr yaratmayın. Belə olarsa, yaxınlarınız tərəddüd və təbəddülat içində olacaqlar. Onları anlamağa cəhd göstərin.
Axşam saatlarını dostlar və həmfikirlərlə keçirin.
Oxatan - yeni biliklər və fərqli məlumatlar əldə etməyə çalışın. Ünsiyyətdə səmimi olun. Həmsöhbətinizin dediklərini diqqətlə dinləyin. Təcili olaraq harasa yollanmaq zərurəti yarana bilər.
Qəfil situasiya güclü emosiyalar yaradacaq.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmas zamanı ehtiyatlı olun.
Yaxınlarınızla mübahisə etməyin. Ailənizdə sakitlik və rəvanlıq hökm sürsün.
Müsbət emosiyaları və nikbin olsanız, işlərinizdə irəliləyişlər istisna deyil.
Subaysınızsa, sizi romantik axşam gözləyir.
Oğlaq - yeni məlumatlar əldə edin, mövcud informasiyaları yeniləyin. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda olun. Yazışma, sənədləşdirmə üçün əlverişli zamandır.
Günün ikinci yarısında planlaşdırılmamış işlər və qəfil situasiyalar ola bilər. Mühüm layihəni ertələyin ki, ciddi səhvlərə yol verməyəsiniz.
Yaxınlarınız diqqət və qayğı tələb edirlər. İşləriniz çox olduğundan qıcıqlana bilərsiniz. Hisslərə qapılmayın.
Axşam saatlarında normal istirahət edin.
Dolça - ünsiyyət sizi sevindirəcək. Mübahisə etməyin. Sizə nəyisə sübüt etməyə çalışan insanla aqressiv davranmayın. Soyuqqanlı olun, diplomatikcəsinə davranın. Yaxın ətrafınızda dedi-qodulara, şayiələrə ifrat meylli insan var.
Günün ikinci yarısı pul yatırmaqla yanaşı, pul əldə etmək üçün pis deyil. Alış-veriş etmək olar. Geyim seçəndə diqqətli olun.
Ailə üzvləri ilə müzakirələrə başlasanız, söhbət mübahisəyə çevriləcək. Mövqeyinizi hər vəchlə qorumağa çalışmayın. Münaqişə yarana bilər.
Balıqlar - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. Başqalarına çox mürəkkəb təsir bağışlayan bəzi işləri uğurla başa vura bilərsiniz. Müşkül məsələlərin həlli heç bir çətinlik yaratmayacaq.
Günün ikinci yarısında ağır problemlər yaranmayacaq. Əksinə, xoş sürprizlər olacaq.
Yaxınlarınızla təmaslarınız rəvan olsun. Ailə üzvləri qarşılaqdıqları məişət qayğılarının çözülməsində sizdən yardım gözləyirlər.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Milli.Az
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib