"Erməni tərəfi daha statusdan danışmır, Azərbaycan isə Qarabağdakı erməniləırin hüquqlarını təmin etməyə hazırdır" - Lavrovdan mühüm açıqlamalar
01-12-2022 [15:48]
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında Azərbaycan-Ermənistan arasındakı proseslərlə bağlı mühüm açıqlamalar verib.
Mia.az xəbər verir ki, Rusiya XİN başçısı Qarabağ problemi ilə bağlı ATƏT tərəfindən vaxtilə yaradılmış keçmiş Minsk Qrupunun fəaliyyətini də tənqid edib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunu artıq Fransa və ABŞ çoxdan dəfn edib: "Rusiyanın bu məsələyə heç bir aidiyyətı yoxdur. Biz bütün imkanlarımızla tərəfləri bir araya gətirməyə və problemin həllinə çalışırıq. İndi də Avropa İttifaqı rəsmi Bakı ilə İrəvan arasındakı əlaqələrin normallaşdırılması prosesində özünü vasitəçi təqdim etməklə ATƏT-in Minsk qrupunun yoxluğunu kompensasiya etməyə çalışır".
Lavrovun sözlərinə görə, Rusiya tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışır: "İndi Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır. Biz rəsmi Bakı və İrəvan ilə 10-a yaxın görüş keçirmişik. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Rusiya regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində tərəflərə kömək göstərməyə davam edir. Bundan başqa, Rusiyanın sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması işində tərəflərə kömək etməsi barədə razılıq əldə olunub".
Rusiya XİN başçısı qeyd edib ki, Rusiyanın Qarabağ nizamlanması ilə bağlı hələ 2012-ci ildə təklifləri olub:
"Həmin təkliflər o vaxt qəbul olunsaydı, bu problemi birdəfəlik həll etmək olardı. O dövrdən Qarabağın statusunun sonraya saxlanılması konsepsiyası meydana çıxıb. Konsepsiya çox sadə idi. Ermənilər Qarabağın ətrafındakı beş rayondan çıxırlar, Qarabağla Ermənistanı birləşdirən iki rayonu saxlayırlar və bu iki rayonun taleyi - onlar Azərbaycan rayonlarıdır, heç kəs bunu mübahisə etmir - Qarabağın statusunun müəyyən olunacağı müddət ərzində müəyyən olunacaq. Həmin zaman ilk dəfə statusun sonraya saxlanılması konsepsiyası meydana çıxmışdı. “Sonraya saxlanılması”, yəni gələcək nəsillərə anlamını verir. Daha sonra müharibə oldu. Üçtərəfli bəyanatlar qəbul olundu, üçtərəfli sammitlər baş tutdu. Həmin vaxt anlayış vardı ki, Qarabağın statusunu sonraya saxlamaq olar. Bundan çıxış edərək Rusiya öz sülh müqaviləsi variantını formalaşdırıb və bu ilin yazında tərəflərə təqdim olunub. Orada statusun sonraya saxlanılması saxlanılıb. Azərbaycan tərəfi praktiki olaraq hər şeyi dəstəklədiyini deyib. Lakin status məsələsi əlavə olaraq işlənilməlidir.
Oktyabrın sonunda Soçidə görüşəndə biz bu məsələyə qayıtmaq istədik və anlamaq istədik ki, tərəfdaşlarımız bütün məsələləri həll edib Qarabağın statusunu sonraya saxlamağa nə qədər hazırdırlar. Lakin Prezident Əliyev və Baş nazir Paşinyan Praqadan həmin sənədi gətirmişdilər, hansı ki, orada onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində dəqiq yazılıb ki, mən artıq bunu qeyd etdim, yeni dövlətlər arasındakı sərhədlər keçmiş SSRİ-nin ittifaq respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq, harada ki, Dağlıq Qarabağ Muxtar Vilayət birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsidir. Ona görə də, bu razılaşmanı imzalayaraq bizim erməni həmkarlarımız deyirlər qoy Rusiya Qarabağın statusu ilə bağlı öz təklifini təsdiq eləsin. Başa düşürsünüz ki, bu, bir az danışıqların aparılması operasından yox, başqa operadandır”.
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı