Fransa XİN-dən Azərbaycana qarşı qəbul olunan qətnamə barədə açıqlama: "Bu, rəsmi mövqeyi deyil və..."

img

01-12-2022 [10:55]


"Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir".

Mia.az xəbər verir ki, bu məlumatı Fransa Xarici İşlər Nazirliyi  yayıb.

Bildirilibki, parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, ötən gün Fransa parlamentinin aşağı palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR