Əli Əsədov daha iki qurumun nizamnamə və əsasnaməsini təsdiqləyib

img

30-11-2022 [18:35]


Əli Əsədov bu gün  “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ni təsdiq edib.

Mia.az xəbər xəbər verir ki, qərar “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 27 aprel 2022-ci il tarixli fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondu 872 852 manatdır. Qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Nizamnaməyə əsasən, Geodeziya və Kartoqrafiya Agentliyinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq.

İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən – ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun iki müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

***

Baş nazir bu gün həmçinin Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR