Əjdər Tağızadə: "Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır"

img

30-11-2022 [11:50]


"Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır".

Bunu “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə “Urmiya gölünün qurudulması” ilə bağlı Bakıda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Sədr qeyd edib ki, Urmiya məsələsi artıq siyasi məsələyə çevrilib və bu da kimsəyə sirr deyil:

"Gölün özünün çaylardan götürdüyü su haqqı var. Kürdlər yaşayan yerlərdən gələn çayların qabağı da kəsilir. Bununla da İran dərin milli münaqişə yaradır. Kürdlər yaşayan yerdə tunel inşa olundu, lakin açılmadı".

O bildirib ki, gölün qurudulması ciddi ekoloji problemə səbəb olur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA