DÇ-2022: Seneqal Ekvadoru məğlub edərək, növbəti tura yüksəldi (Yenilənib)

img

29-11-2022 [20:59]


Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başa çatıb.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da start götürən oyunun 44-cü dəqiqəsində Seneqal penaltidən hesabı açıb - 1:0.

68-ci dəqiqədə Ekvador hesaba tarazlıq gətirib - 1:1.

Bu qoldan iki dəqiqə sonra Seneqal yenə önə çıxıb - 2:1

Oyun bu hesabla bitib və nəticəyə əsasən qrupda ikinci yeri tutan Seneqal növbəti mərhələyə vəsiqə qazanıb.

Ekvador isə bu oyunla paralel keçirilən görüşdə Niderlanda uduzan Qətər isə yarışa vida ediblər

 


Digər xəbərlər
SON XƏBƏRLƏR