“Partiya sədrləri var ki, arvadı deyir, səndən siyasətçi olmaz” - Deputat MM-də partiya sədrlərini aşağıladı

img

29-11-2022 [15:10]


“Partiya sədri tanıyıram ki, rəhbərlik etdiyi təşkilatın möhürünü hara qoyub, yadına düşmür. Elə partiya sədrləri də var ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol, səndən siyasətçi olmaz”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Milli Məclisin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, indi adam var ki, cibində 5-6 partiyanın vəsiqəsi var: "Hansı sərf edirsə, ondan da istifadə edir. 3-5 və ya 10 nəfərlə siyasi partiya olmaz".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA