NAZİR HƏBS OLUNDU: 144 milyon manatlıq mənsimsəmə ilə bağlı məhkəmə qərar verdi - isa Həbibbəylinin oğlu haqda hansı qərar veriləcək?

img

28-11-2022 [09:31]


Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Mia.az xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirərək, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib. Artıq onların bəziləri barədə həbs qərarı verilib.

Bəzi iddialara görə, Naxçıvan gömrüyunün rəisi Shət Həbibbəyli də saxlanılaraq Bakıya gətirilib. Ancaq hələlik bu fakt nə təkzib, nə də təsdiq olunur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR