Ceyhun Bayramov nazir Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verdi

img

26-11-2022 [22:18]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir: "Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə xəbər tutdum. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR