PAŞİNYANIN KTMT-yə ARXA ÇEVİRMƏSİ və ya PUTİNİN GİZLİ PLANI...
26-11-2022 [17:15]
İlham İsmayıl,
Keçmiş təhlükəsizlik zabiti
***
KTMT-nin İrəvan sammitində təqdim olunan sənədi imzalamaqdan imtina etməsi ilə Ermənistan nəyə nail olmaq istəyir? Məqsəd Rusiyanı qorxutmaq, KTMT-ni tərk etməklə onu Ermənistanın maraqlarına tamamilə cavab verməyə məcbur etməkdirmi?
Tamamilə deyəndə, Rusiya Ermənistanın yanında olmaqla, həm də öz maraqlarını təmin edib, Cənubi Qafqazda təsirini saxlamaq üçün tarixən erməni millətindən istifadə edib və ermənilər də alət rolunu ustalıqla oynayıblar. Amma ermənilərin tam istəyi “dənizdən dənizə”dir, sığındığı Rusiyadan bunu istəyir və indiki zamanda hədəfi, minimum Qarabağ iddiasının təmin olunmasıdır.
Paşinyanın KTMT üzvlərinə ünvanladığı etirazlar, 13-14 sentyabr hadisəsi bəhanələrdir, əsas hədəf Qarabağdır, Rusiyadan istəklər və tələbləri budur. Çıxışında Fərruxla və Tağaverdlə bağlı insidentləri xatırlaması da təsadüfi deyil. Ermənistan KTMT-dən bu saat ayrılmağı düşünməsə də, parlament sədri Alen Simonyanın dili ilə “KTMT Ermənistanı tərk edir” deyib, günahı Rusiyanın üzərinə atmağa çalışır. Bölgə isə yalnız kiçik Ermənistandan ibarət deyil və Rusiya siyasətində qismən bu durumu nəzərə alır. Bu “qismən” prosesi isə Ermənistanı qane etmir və bir ayağı Qərbdə olan Paşinyan höküməti istiqamətini dəyişib Qərbə üz tutmaq niyyətində olduğunu bəzən açıq, bəzən dolayısı ilə bildirməkdən çəkinmir. Eyni zamanda Paşinyan sənədi imzalamaması ilə Cənubi Qafqazdan Rusiyanın çıxmasına çalışan Qərbə də mesaj ünvanlamış oldu ki, həm onun hakimiyyətini müdafiə etsinlər, həm də Qarabağ problemində ermənilərin marağı naminə Azərbaycana təzyiqi artırsınlar . Yəni, guya Rusiyanın bacarmadığını Qərb etsin.
Ermənistan mediasının “klounada” adlandırdığı KTMT-nin İrəvan sammitində zərbəni Rusiya aldı.
Baxmayaraq ki, Putin istər “Valday” klubunda dedikləri, istərsə də İrəvana səfəri ilə Ermənistanda artan anti Rusiya isterikasını yumşaltmağı nəzərdə tuturdu, əksinə oldu. Sammit getdiyi bir vaxtda anti Rusiya, anti Putin mitinqinin təşkil edilməsi, orda səslənən şüarlar və çağırışlar Paşinyanın razılığı olmadan çətin baş tutardı. Mitinq iştirakçılarının “Azərbaycanın dostlarının burada nə işi” sualını verməklə Paşinyanın sənədə imza atmaması arasında ciddi uzlaşma olduğu aydın hiss olunurdu.
KTMT-nin perspektivi onsuz da yaxşı görünmürdü, Ermənistanın bu manevri isə təşkilatın gələcəyini tam şübhə altına aldı. Bəs, Rusiya belə asanlıqla Ermənistandan imtina edərmi? Əlbəttə yox. Rusiya hansı yolu seçəcək- Paşinyana təzyiq etməklə onu hakimiyyətdən uzaqlaşdırmağı, yoxsa Qarabağda ermənilərin marağına uyğun siyasəti daha da gücləndirmək və Azərbaycana müxtəlif vasitələrlə təzyiqi artırıb Paşinyan höküməti ilə münasibətləri istiləşdirməyi?
Rusiyanın indiyədək Paşinyana təzyiqi, onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri baş tutmayıb. Münasibətləri yumşaltmaq istəsə də, Paşinyanın Qərbin simasında Fransa prezidentinə yaxınlığı Putindən daha artıqdır və hələlik manevrlərlə balansı qoruduğunu nümayiş etdirir.
Kreml prosesin bu cür inkişafından razı qala bilməz, mövcud vəziyyətə Ukraynadakı müharibəyə görə əsaslı təsir də göstərə bilmir. Moskva vəziyyəti dəyişmək üçün milyarder Ruben Vardanyanın simasında Qarabağdakı separatçı rejimi möhkəmləndirməyi və ermənilərin gözündə milyarderin imicini yüksəltməklə Paşinyan hakimiyyətinə alternativ komanda hazırlamağı hədəfləyib. Ruben Vardanyanın özünə kabinet yaratmağa başlaması, Arutunyanın komandasını yola salıb yeni, guya peşəkar kadrlarla əvəzləməyə başlamasını Rusiyanın planının hansı istiqamətdə inkişaf edəcəyinin ilkin təzahürləri kimi dəyərləndirmək olar. Paşinyan bu quyunun onun üçün qazıldığını bilir və gedən prosesə seyrçi qalmayaraq müqavimətini davam etdirir və müqavimət faktiki olaraq Araik Arutunyanın əli ilə aparılır.
Separatçı rejimin güc strukturları Arutunyana sadiq qurumlar kimi qəbul edilir və artıq ilk gündən Ruben Vardanyana rahat şəkildə onları dəyişdirməyə, daha doğrusu Robert Koçaryanın kadrları ilə əvəzləməsinə imkan verməyiblər. Görünür, Vardanyan yaranmış situasiyada məsləhət və yardım almaq məqsədilə də təcili Moskvaya yollanıb. Hansı təlimatlarla geri dönəcəyi yaxın vaxtlara məlum olacaq.
Mənzərə aydındır və sual yaranır: Azərbaycan yaranmış situasyada nə etməlidir?
Qarabağ ətrafında baş verənlər, Ermənistan -Rusiya münasibətlərinin soyuqluğu ortada olduğu bir vaxtda Azərbaycan hansı addımları atmalıdır? Ermənistanın sülh müqaviləsi bağlamasından yayınması, revanşist siyasətini gizlətməməsi, 10 noyabr bəyanatına əməl etməyərək silahlı qüvvələri Azərbaycan ərazisindən indiyədək çıxarmaması, nəqliyyat kommunikasiya xətlərini açmaqdan imtina etməsi və başqa razılaşmalara da əməl etməməsi Azərbaycana əsas verir ki, Ermənistanla danışıqları dayandırıb, birbaşa Xankəndi probleminin üzərinə getsin. Artıq bunun ilk elementi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında özünü göstərdi. Dekabrın 7-də Ermənistan baş naziri ilə Brüsseldə nəzərdə tutulan görüşdən imtina edilməsi düşmənə və havadarı Fransaya ciddi xəbərdarlıq oldu. İki ildir delimitasiya, demarkasiya, dəhliz müzakirələri ilə baş qatan Ermənistan bilməlidir ki, süni şəkildə zaman uzatması oyunu bitdi. Biz iki dövlət arasında olan sərhədi və harada dayandığımızı bilirik, bundan sonra hədəfimiz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində dövlət nəzarətimizin bərpa edilməsi siyasətini prioritet olaraq gündəmə gətirməklə Rusiya Federasiyası ilə danışıqlara başlamaq olmalıdır. Ruben Vardanyanla deyil, Vladimir Putinlə danışıqlar aparılacaq. Dövlət nəzarətimizin yaranmasının yol xəritəsi, zamanı qeyd edilməklə elan edilməli və müzakirələrə start verilməlidir. Ermənistanla sülh müqaviləsi, sərhəd müəyyənləşməsi Xankəndidən sonrakı mərhələnin işi olacağı rəsmən bildirilməlidir. 77 ildir ki, Yaponiya Rusiya ilə sülh müqaviləsini bağlamayıb.., nə olub ki?
Top biz tərəfə atılıb. Öncə Xankəndi problemi, sonra Ermənistanla bağlı olan məsələlər. Şüarımız, siyasətimiz belə olmalıdır.
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib