DÇ-2022: Polşa Səudiyyə Ərəbistanını 2 qolla keçdi (Yenilənib)

img

26-11-2022 [19:03]


Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu başa çatıb.

Mia.az xəbər verir ki, Polşa yğıması 39-cu dəqiqədə Pyotr Zelinskinin qolu ilə önə çıxıb.

İlk hissənin son dəqiqəsində isə səudiyyəlilər penaltidən yararlana bilməyib.

82-ci dəqiqədə isə Levondaovski Polşanın 2-ci qoluna imza atıb - 2:0.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qeyd edək ki, bu qrupun digər oyununda bu gün Argentina Meksika ilə üz-üzə gələcək. 

***

Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Polşa və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Arkadiuş Milik, Pyotr Zelinski

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR