Hava Qüvvələrinin sabiq komandan müavini vəfat edib

img

26-11-2022 [10:43]


Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Mayis Orucəliyev dəfn edilib.

Mia.az xəbər verir ki, o, mülaicə olunduğu Türkiyədə vəfat edib.

Mərhum doğulduğu Biləsuvar rayonunun İsmətli kəndinin qəbiristanlığında dəfn olunub.

Xatıərladaq ki, Mayis Orucəliyev Prezident İlham Əliyev sərəncamı ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Qarabağ" ordeni ilə təltif edilib.

Bundan başqa, o, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bir ildən çox idi ki, ehtiyatdaydı.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR